Goranboyda tələbələrə hədiyyələr verildi - FOTO
Goranboy rayon Mədəniyyət Evində ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla görüş keçirildi.
Rakus.az xəbər verir ki, tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Miili Məclisin deputatı cənab Ağalar Vəliyev və rayonun ümumtəhsil məktəblirinin yüksək bal toplamış məzunları, müəllimlər və valideynlər iştirak edirdilər.
Ilk öncə Ulu Öndər Heydər Əliyevin rayon Mərkəzində ucaldılmış abidəsi önünə tər güllər qoyularaq Dahi Şəxsiyyətə ehtiram göstərildi. Daha sonra tədbir Mədəniyyət Evində davam etdirildi.
Tədbiri giriş sözü ilə açan icra başçısı cənab Məhərrəm Quliyev Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən dövlət təhsil siyasəti, bu siyasətin cəmiyyət və təhsilin inkişafına qazandırdığı böyük nailiyyətləri barədə geniş məruzə etdi. İcra başçısı qeyd etdi ki, 2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərində 846 nəfər məzundan 836 nəfəri adi, 10 nəfəri isə fərqlənmə attestatı almış, ümumilikdə 514 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 327 nəfəri qəbul olmuşdur. Bunlardan 10 nəfər 600-700 intervalında, 47 nəfər isə 500-600 intervalında bal toplamışdır. 10 nəfər məzun xüsusi təyinatlı ali məktəblərə qəbul olmuşdur.
Daha sonra İcra başçısı və deputat tərəfindən məzun və müəllimlərə fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları verildi.