Elm və təhsil 04.05.2019 15:23

Görkəmli alimin xatirəsi yad edildi - FOTO

 

AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın ilk türkoloq alimi, professor, turk xalqları ədəbiyyatının, bütövlükdə mədəniyyət tarixinin əvəzolunmaz tədqiqatçısı Bəkir Çobanzadəyə həsr olunmuş konfrans keçirilmişdir.

Rakus.az xəbər verir ki, tədbirdə respublikamızın müxtəlif  ali təhsil ocaqlarıının alimləri, müəllim və professor heyəti, tələbələr iştirak etmişlər.

Tədbiri giriş sözü ilə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla xanım İmanova açmışdır. Professor Cəlal Qasımovun alimin həyat və fəaliyyəti, onun repressiya olunması məqamlarını konkret sənədlərlə, fakt və sübutlarla təsdiq edən, məntiqi təhlillərlə zənginləşdirən  “Bəkir Çobanzadə” kitabı əsasında kitabxana işçiləri tərəfindən hazırlanmış qısametrajlı sənədli film böyük maraq doğurmuşdur. Ötən əsrin 60-cı illərində Bəkir Cobanzadə haqqında ilk elmi iş yazan professor Adil Babayev bir çox maraqlı faktları diqqətə çatdırmış, sualları cavablandırmışdır.

Şair, tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əskər alimin əsərlərinin tədqiqi, toplanması və nəşri barədə müfəssəl məlumat verərək konfransa xüsusi rəng qatmışdır.

Tədbir qarşılıqlı diskussiyalar, sual-cavablar şəklində davam etmişdir. Professor Cəlal Qasımovun  uzunmüddətli arxiv araşdırmalarının nəticəsi kimi Azərbaycan elm, sənət və dövlət xadimlərinin, ziyalıların, sadə insanların belə yadellilər, xüsusən də ermənilər tərəfindən amansız təzyiqlərə, repressiyalara məruz qaldıqları barədə maraqlıfaktlar konfrans iştirakçılarında böyük maraq doğurmuşdur.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO