Sosial 07.10.2023 20:05

Gorusun ən böyük azərbaycanlı kəndi Şurnux - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Zəngəzur mahalının Gorus rayonunun Şurnux kəndinin etnoqrafiyası haqqında xüsusi buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qadın paltarı geyinib, hədiyyə yığmaq adəti” adlı verilişdə kəndin tarixi, abidələri, atət-ənənələri, mətbəxi, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, kənd Şurnuxu çayının sol sahilində, Gorus rayon mərkəzindən 17 km cənub-şərqdə, Qafan-Gorus magistral yolunun kənarında, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləşir. Toponim Azərbaycan dilində “kiçik şəlalə” mənasında işlənən “çırnox” sözünün fonetik forması olan “şumux”, “şırnıx” sözü əsasında əmələ gəlib. 1920-ci illərdə Zəngəzurun Şurnux kəndində yalnız azərbaycanlılar yaşayıb. 1947-ci ildə Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri Kür-Araz vadisinə yerləşdirilib. 1953-cü il Stalinin ölümündən sonra şurnuxlu türklər kəndə qayıdıblar. 1979-cu ildə Şurnuxda 560 azərbaycanlı yaşayıb.

Vurğulanıb ki, Şurnux kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi: “1988-ci ildə kənddə 100 ev, 800-ə yaxın əhali var idi. Kənddə ən qədim zamanlardan son illərə, yəni 1989-cu ilə qədər yalnız azərbaycanlılar yaşayıb. Şurnux kəndinin ətrafında qədim kilsənin və qəbiristanlığın qalıqlarının, Kəpəz dağı adlanan yerdəki pirin -ibadətgahın  olması bu kəndin qədim tarixə malik olduğunu göstərən faktlardır”.

Qeyd olunub ki, 1948-1952-ci illərin deportasiyası zamanı digər azərbaycanlı kəndləri kimi, Şurnux camaatının da bir hissəsi köçüb Azərbaycana gəlib. Kənddə müasir tipli məktəb binası, klub, kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür şəraiti olan xüsusi evlər olub. 1988-ci il noyabrın sonlarında rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən, Şurnux kəndinin camaatı zorla deportasiya olunub.

O da diqqətə çatdırılıb ki, Şurnux kəndinin qərb hissəsi indi Qubadlı rayonunun ərazisidir. Azərbaycanın Ermənistanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi nəticəsində kəndin qərb hissəsi, 12 evdən ibarət ərazi Qubadlı rayonuna qaytarılıb. Həmin ərazi Birinci Qarabağ Savaşı dövründə işğal olunmuşdu.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 7-də saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Sosial / 07.10.2023 20:05
Gorusun ən böyük azərbaycanlı kəndi Şurnux - FOTO - VİDEO
Gündəm, Sosial / 06.10.2023 20:01
“Vətənə qayıdanda quruyan bulaqlardan su təzədən gələcək” - FOTO - VİDEO
Dünya, Təhlil / 06.10.2023 16:57
Makronun batan Fransası – böyük dövlətlərin çöküşü – TƏHLİL
Dünya, Təhlil / 06.10.2023 16:05
Səudiyyə Ərəbistanı-İran – baş vermiş olaylara nümunələr – TƏHLİL
Hadisə, Sosial / 06.10.2023 13:19
“Qaçaqaç zamanı itimi açıb buraxdım” – Aydın Əliyevin “Həyat Hekayəsi”- ANONS
Elm və təhsil / 06.10.2023 13:07
Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb - FOTO
Gündəm / 05.10.2023 19:49
Qərbi Azərbaycana təhlükəsiz qayıdışa böyük töhfə - FOTO - VİDEO
Siyasi / 05.10.2023 12:24
Antiterror tədbirləri – Qərbi Azərbaycana təhlükəsiz qayıdış – ANONS - VİDEO
Hərbi / 05.10.2023 12:10
Çar Rusiyasının ilhaq etdiyi Şəmşəddil mahalı - FOTO - VİDEO
Siyasi / 04.10.2023 15:24
Həbs edilən araiklər – separatçı “Qarabağ klanı”nı gözləyən cəza – TƏHLİL - FOTO
Mədəni / 04.10.2023 14:06
Türk düşüncəsi elmi və bədii müstəvidə - FOTO
Hadisə, Sosial / 04.10.2023 13:35
Şəmşəddil mahalı – çarın törətdiyi amansızlıqlar – ANONS
Sosial / 03.10.2023 19:52
Ermənilərin etnik təmizləmə əməllərinin etirafı - FOTO - VİDEO
Təhlil / 03.10.2023 15:23
BMT-də baş tutmayan erməni yalanı – TƏHLİL
Müsahibə, Video müsahibə / 02.10.2023 20:00
“Sülh müqaviləsindən sonra Qərbi Azərbaycana qayıdış mütləqdir” - VİDEO
Sosial / 30.09.2023 20:00
Cildən gətirilən “qara daş”ın möcüzəsi
Hadisə, Maraqlı, Sosial, Təhlil, Video müsahibə / 29.09.2023 19:48
“Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim”
Sosial / 29.09.2023 13:31
“Ermənilər dedilər ki, çıxın, sizi burada məhv edəcəyik” – ANONS
Video müsahibə / 29.09.2023 00:37
Sovet vaxtı azərbaycanlıların soyqırımını əks etdirən 36 cild toplanıb - FOTO - VİDEO
Dünya, Siyasi / 28.09.2023 19:40
Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq - FOTO - VİDEO
Siyasi / 28.09.2023 12:01
Tatoyan Qərbi Azərbaycan haqqında faktları niyə danır? – ANONS - VİDEO
Siyasi, Sosial / 27.09.2023 19:40
Ruslar Seyidli-Axsaxlı mahalını niyə ləğv edib? - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 27.09.2023 13:23
İki türk tayfasının adını daşıyan mahal – ANONS
Gündəm, Hərbi / 27.09.2023 12:15
Anım günü ilə bağlı ikinci Şəhidlər xiyabanı ziyarət olunur - FOTO
Gündəm, Hərbi / 27.09.2023 12:01
Vətən müharibəsi şəhidlərinin xatirəsi sükutla yad edilib
Hərbi / 27.09.2023 11:13
Şəhid olmuş hərbi qulluqçularımızın SİYAHISI