Müsahibə 15.07.2024 22:45

“Göyçə camaatına zülm edən Sulikov Zodda zərərsizləşdirilib” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Əməkdar elm xadimi, akademik, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov olub. O, doğulub boya-başa çatdığı Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndi haqqında xatirələrini dilə gətirib. Bildirib ki, ömrünün ən gözəl anları Zod kəndi ilə bağlıdır. Onun sözlərinə görə, tarixən azərbaycanlıların yaşadığı bu yaşayış məntəqəsinin altı mindən çox sakini ötən əsrin müxtəlif dövrlərində daşnak quldurlarının, erməni millətçilərinin silahlı hücumlarına, təzyiqlərinə məruz qalıblar. Buna baxmayaraq, birlikdə ermənilərə qarşı ciddi müqavimət göstərib, ata-baba yurdlarını qoruyublar. Akademik deyib ki, hətta Göyçə camaatına zülm edən erməni generalı Sulikov məhz Zodda zərərsizləşdirilib.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın ötən əsrdə dörd dəfə deportasiyaya məruz qaldığını xatırladan Ə.Əmiraslanov atası, Əməkdar müəllim Tapdıq Əmiraslanovun söylədiklərinə istinad edərək vurğulayıb ki, 1948-1953-cü illərdə ermənilər azərbaycanlılara yalan vədlər verib, saxta təbliğat aparıb, müxtəlif təzyiqlərlə yerli əhalini köçməyə məcbur ediblər. Akademik təəssüflə qeyd edib ki, həmin dövrdə Azərbaycanın bəzi vəzifəli şəxsləri də Moskvadan gələn göstərişlər əsasında bu saxta təbliğat prosesinə cəlb edilib, azərbaycanlıların kütləvi şəkildə aran zonasına köçürülməsində müəyyən mənada iştirakçı olublar. Köçürülən azərbaycanlıların böyük əksəriyyəti iqlim dəyişikliyinə məruz qalıb, müxtəlif xəstəliklərə yoluxub, həyatlarını itiriblər. Əməkdar elm xadimi söyləyib ki, ötən əsrdə azərbaycanlıların deportasiyası birbaşa SSRİ rəhbərliyinin göstərişi, o cümlədən Kremldə mühüm vəzifə sahibi olan Anastas Mikoyanın təşəbbüsü ilə baş verib.

Müsahib bildirib ki, İosif Stalinin ölümündən sonra azərbaycanlıların bir qismi yenidən ata-baba yurduna qayıdıb. Lakin erməni millətçiləri ali təhsil almış azərbaycanlı gəncləri, kadrları yalnız müəllim vəzifəsinə təyin edib, digər sahələrdə işləməsinə, irəli getməsinə mane olublar. Buna görə də soydaşlarımız işləmək üçün zaman-zaman Qərbi Azərbaycandan kənara üz tutublar. O diqqətə çatdırıb ki, vaxtilə atası T.Əmiraslanov Basarkeçərdə yer adlarının dəyişdirilməsinə etiraz etdiyi üçün erməni millətçiləri onu rayonun partiya rəhbərliyindən azad edib daha aşağı vəzifəyə təyin ediblər.

1988-ci il hadisələrinə toxunan Ə.Əmiraslanov deyib ki, o illərdə Azərbaycanın siyasi rəhbərliyi soydaşlarımıza dəstək olsaydı, ermənilər Göyçəni boşalda bilməyəcəkdilər. Qərbi Azərbaycan İcmasında rəhbərlik etdiyi Ağsaqqallar Şurasının fəaliyyətindən söhbət açan müsahib tez-tez gənclərlə görüşlər keçirdiklərini, onların suallarını cavablandırdıqlarını diqqətə çatdırıb. Bildirib ki, Qərbi Azərbaycandan olan ağsaqqallar məruz qaldığımız deportasiyaların informasiya daşıyıcılarıdırlar. Akademik söyləyib ki, Qərbi azərbaycanlılar dinc şəkildə, sülh şəraitində öz ata-baba yurdlarına qayıtmaq istəyirlər. Bunun üçün ilk növbədə beynəlxalq aləmi inandırmaq lazımdır ki, tarixi torpaqlarımızın əzəli sakinləri bizlərik.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyulun 15-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO