İdman 27.09.2024 09:22

“Göyçə” qrupu lider tamamladı - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində sentyabrın 26-27 və 28-də sonuncu, 3-cü turun oyunlarına start verilib.

Rakus.az xəbər verir ki, sentyabrın 26-da D qrupu üzrə AzTv ilə “Göyçə” arasında olub. Tennis Akademiyasında baş tutan görüş saat 23:00-da başlayıb. Bu matç hər iki komanda üçün liderlik uğrunda mübarizə xarakteri daşıyırdı. Aktivlərində 3 xal olan televiziyaçılar və göyçəlilər qrupun birincisi olmaq üçün həqiqi mənada tər töküblər. “Göyçə” komandası oyunun əvvəlində daha səmərəli oyun nümayiş etdirərək ilk hissədə rəqibin qapısından 3 top keçiriblər. Televiziyaçılar bunun yalnız 1-nin əvəzini çıxıblar. İkinci hissə AzTv-nin üstünlüyü ilə başlasa da oyunçuların bəzilərinin formada olmaması komandaya baha başa gəlib. Göyçəlilər daha 5 qol vuraraq hesabı 8-ə çatdırıblar. Oyunun sonlarına doğru AzTv rəqibin qapısından 2 top keçirsədə,  bu, qələbə üçün yetərli olmayıb – 3:8.

Beləliklə, “Göyçə” komandası D qrupunu 6 xalla lider tamamlayıb. AzTv isə 3 xal ilə ikinci yer ilə kifayətlənib. “Nərimanlı” isə aktivinə xal yazdıra bilməyib və qrupu tərk edib.

Komandaların heyətləri belədir:

AzTv – Ümid Süleymanov, Lətif Qədimov, Tural Məmmədli, Xəqani Əlirzayev, Fərid Səttarzadə, Sərxan Mustafayev, Famil Məmmədov, Azər Manaflı, Sadiq Nağıyev, Əkbər Kazımov,  Şamiyev Əbilfəz, Cavidan Şükürov.

“Göyçə” – Əkbər Hüseynli, Elcan Cabbarlı, Oruc Məmmədov, Rəvan Alışov, Aslan Bağırov, Seymur Usanov, Yaşar Abbas, İlkin Babayev, Əbülfət Abbasov, Pərviz Həsənov, Anar Qasımov.

Bakı Tennis Akademiyası

26 sentyabr

D qrupu

20:00 AzTV- “Göyçə” – 3:8

Qollar: Pərviz Həsənov 4, Anar Qasımov 2, Oruc Məmmədov 1, Aslan Bağırov 1 – (“Göyçə”)

Sərxan Musayev 1, Fərid Səttarzadə 1, Sadiq Nağıyev 1 (AzTv)

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz MustafayevKazımağa KərimovOsman MirzəyevAlı MustafayevFəxrəddin ŞahbazovArif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Bu il turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir.

“Mister Tum”, “Sultan keramik” və “Bee Tours” şirkətlərinin tərəfdaşlığı ilə keçirilən Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, AZƏRTAC, “Report” İnformasiya agentlikləri, BAKU.WS portalı, Rakus.az və Manşet.az saytaları verir. Bu il turnirdə 10-12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarət olacaq, sentyabrın 14-də başlayıb oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.

Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

 

XƏBƏR LENTİ
Təhlil / 27.09.2024 15:00
Anım Günü: zəfərə gedən yol
Elm və təhsil, Sosial / 27.09.2024 12:35
“Ermənilər itimizi güllələdilər” – Elara Şükürovanın “Həyat Hekayəsi” – ANONS
Gündəm / 27.09.2024 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib – YENİLƏNİB
İdman / 27.09.2024 09:22
“Göyçə” qrupu lider tamamladı - FOTO
Gündəm, Hərbi / 27.09.2024 08:54
İkinci Fəxri xiyaban – anım mərasimi başlayıb – YENİLƏNİB
Gündəm, Hərbi / 27.09.2024 00:01
Azərbaycanda Anım Günü qeyd olunur
Hərbi / 27.09.2024 00:00
Vətən müharibəsinin başlamasından 4 il ötür
Siyasi, Təhlil / 26.09.2024 22:39
Ermənistanda Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək - FOTO - VİDEO
Təhlil / 26.09.2024 14:34
Ermənistan Qərbi Azərbaycana çevriləcək – ANONS - VİDEO
İdman / 26.09.2024 09:25
Şəhid jurnalistlərin Xatirə Turnirində 3-cü tur bu gün başlayır - FOTO
Elm və təhsil / 25.09.2024 22:45
“Alban hökmdarı Oroys “Kitabi Dədə Qorqud”dakı Taş Oğuz başçısı Aruzdur” - FOTO - VİDEO
Elm və təhsil / 25.09.2024 13:40
“Tiqranın ermənilərə aidiyyəti yoxdur” – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 24.09.2024 22:16
Ağzıbir, Ağin, Ağıllı və Ağyar – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 24.09.2024 18:26
“Niyə Azərbaycan ermənilərin təhlükəsizliyini təmin edir, amma azərbaycanlıların təhlükəsizliyini Ermənistan təmin etmir?” ” - VİDEO
Elm və təhsil, Siyasi / 24.09.2024 14:16
Ermənistanın toponim oğurluğu – ANONS - VİDEO
İdman / 24.09.2024 14:00
Turnirin 2-ci turun yaddaqalan MƏNZƏRƏSİ - FOTO
Müsahibə, Video müsahibə / 24.09.2024 13:22
“Ermənistan dövləti diaspora tərəfindən idarə olunur” – ANONS - VİDEO
İdman / 24.09.2024 11:35
Turnirin 2-ci tur XÜLASƏSİ: epizodlar, növbəti oyunlar, xallar və bombardirlər - FOTO
Elm və təhsil, Müsahibə / 23.09.2024 21:35
“Abbasqulu bəy olmasaydı ermənilər daha böyük qırğınlar törədəcəkdi” - FOTO - VİDEO
İdman / 23.09.2024 10:21
AzTv qələbə qazandı, “Nərimanlı” qrupu tərk etdi
İdman / 22.09.2024 21:36
“Zəfər 44” uduzdu, “Ardanış” qrupu lideri oldu - FOTO
İdman / 22.09.2024 09:05
“Ardanış” “Zəfər 44”ə, AzTv–”Nərimanlı”ya qarşı
Elm və təhsil, Mədəni / 21.09.2024 22:32
“Haxışta mərasimi Şumer gil lövhələrində həkk olunub” - FOTO - VİDEO
İdman / 21.09.2024 21:46
“Turan” və “Qoşabulaq” sahədən qalib ayrılıb - FOTO
Elm və təhsil / 21.09.2024 14:30
Haxışta mərasimi nədir – ANONS - VİDEO
İdman / 21.09.2024 10:09
“Turan”-“Report”, “Baku Ws”-“Qoşabulaq” – yaşıl meydanı kimlər gülərək tərk edəcək?