Müsahibə 20.01.2025 22:55

“Göyçədən deportasiya olunanlar Yalova və İzmir bölgələrində də məskunlaşıblar” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi iqtisadçı, yazıçı-publisist Rüstəm Dastanoğlu olub. O, doğulub boya-başa çatdığı Göyçə mahalından, uşaqlıq illərini keçirdiyi Basarkeçər rayonunun Daşkənd kəndindən söhbət açıb. Bildirib ki, qədim tarixə, çoxsaylı maddi-mədəniyyət abidələrinə malik olan Daşkənd əsrarəngiz təbiəti, səfalı havası, dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşməsi ilə də diqqət çəkib.

Müsahibin sözlərinə görə, Göyçə gölünün yaxınlığında yerləşən bu yaşayış məntəqəsində səkkiz minə yaxın azərbaycanlı yaşayıb. İndinin özündə də ata-baba yurdunun həsrətini çəkdiyini vurğulayan R.Dastanoğlu məşhur yazıçı Çingiz Aytmatovdan misal gətirib. Deyib ki, biz Vətəni ona görə sevirik ki, uşaqlığımızı orada itirmişik. Müsahib qayğısız uşaqlıq dövrünü Daşkənddə itridiyini, o illər üçün çox darıxdığını söyləyib.

Ötən əsrin əvvəlində, həmçinin ikinci yarısında Qərbi Azərbaycanda xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalardan danışan R.Dastanoğlu deyib ki, öz el-obasından qaçqın düşən soydaşlarımız sadəcə Azərbaycan Respublikasına deyil, eləcə də xarici ölkələrə, o cümlədən Türkiyənin Yalova, Qars, İzmir ərazilərinə də pənah gətiriblər. O, buna misal olaraq, Yalovada Göyçədərə deyilən yaşayış məntəqəsinin varlığını, orada hazırda yaşayan sakinlərin Qərbi Azərbaycandan vaxtilə deportasiya olunan soydaşlarımızın nəvə-nəticələri olduğunu diqqətə çatdırıb.

R.Dastanoğlu 1918-ci ildə dörd yaşlı atasının ailəsi ilə birlikdə erməni qırğınlarından yayınmaq üçün kəndi tərk etdiyini, 1948-1953-cü illərdə daşkəndlilərin bütün kənd olaraq köçürüldüyünü, Bərdə rayonunun indiki Yeni Daşkənd ərazisində məskunlaşdığını söyləyib. Qeyd edib ki, sovet hakimiyyəti illərində də Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı ayrı-seçkiliyi hər addımda özünü büruzə verib. Xaricdən köçürülən, yaxud turist kimi gələn ermənilər açıq-aşkar daşnak təbliğatı aparıblar. Onun sözlərinə görə, əgər 1988-ci ilin sonlarında Hamamlı rayonunda zəlzələ olmasaydı, ermənilərin başı özlərinə qarışmasaydı, azərbaycanlıların deportasiyası daha böyük faciələrlə müşayiət olunacaqdı.

R.Dastanoğlu Qərbi Azərbaycanda, o cümlədən Göyçədə Dədə Qorqud yadigarı olan saza, sözə böyük dəyər verildiyini xatırladıb. Deyib ki, Daşkəndlə bağlı qələmə aldığı “Daşkənd və daşkəndlilər”, “Düşüncələrimin kölgəsi” kitablarında doğma kəndi ilə bağlı tarixi həqiqətləri, düşüncələrini geniş oxucu kütləsinə çatdırıb. Müsahib sonda vurğulayıb ki, hər bir Qərbi azərbaycanlı dinc yolla tarixi torpağına qayıtmaq istəyir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO