Gözəl dərini qidalandırmağın yolu – MƏSLƏHƏT - VİDEO
Ətraf mühit faktorları, yediyimiz qidalar, çirkli havadan ən çox əziyyət çəkən orqan dəridir.
Təbii bitki yağları
Günəbaxan, zeytun, fındıq yağlarının tərkibi E vitamini ilə zəngindir. Bu yağlardan mütamadi istifadə dərinizin parıltılı görünməsinə səbəb olacaq.
Çiyələk
Tərkibi antioksidantlarla zəngin olan bu giləmeyvə dərinizin ən yaxın dostudur.
Şokolad
Allergiyanız yoxdursa gun ərzində kiçik miqdarda şokolad yemək həm dərinizi gözəlləşdirəcək, həm də əhval-ruhiyənizə yaxşı təsir edəcək.
Pomidor
Tərkibi likopen maddəsi ilə zəngin olan bu tərəvəz xüsusilə də yağlı və sızanaqlı dərisi olan xanımlar üçün xeyirlidir.
Qatıq
Evdə hazırlanmış qatığı həm yemək, həm də maska kimi dərinizə çəksəniz tez bir zamanda dəyişiklərin şahidi olacaqsız.
Dəniz məhsulları
Omeqa-3 və Omeqa-6 ilə zəngin olan dəniz məhsulları sadəcə dərimiz üçün deyil bütün bədənimiz üçün olduqca faydalıdır.