Mətbuat 18.10.2024 12:16

“Gözüm səni axtarır, ata” – “Şəhid imza” yeni layihə - FOTO - VİDEO

“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi (QHT) bir ilkə imza atıb.

Rakus.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəhid imza” layihəsi çərçivəsində videoçarx hazırlanıb.

QHT sədri Günel Gözəlova Baku TV-yə müsahibəsində  bildirib ki, sözügedən videoçarx monoloq janrında çəkilib: “Çarxın qəhrəmanı şəhid jurnalist həmkarımız Məhərrəm İbrahimovun 8 yaşlı oğlu Toğrul İbrahimdir.

Toğrul: “Salam ata, mən gəlmişəm. Sənin üçün çox darıxıram. Hər yerdə gözüm səni axtarır!”

Günel Gözəlova: Toğrul bu videoçaxda öz hislərini, həyacanlarını o qədər gözəl bölüşüb ki, insan özünü sanki onun yerinə qoyur və körpə yaşlarından atasının terror qurbanı olduğunu bilən bir gələcəyin əsgərinin nə qədər iztirabla böyüdüyünü bu videoçaxda Toğrul bütün tamaşaçılara çatdırır.

Toğrul: “Narahat olma, ata, heç birinə əl dəymirəm. Hərdən otaqdakı ətirindən az-az vururam. Qorxuram ki, birdən qutarar”.

Günel Gözəlova: “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin bu layihəni icra etməkdə əsas məqsədi ondan ibarətdir ki, bu günə qədər 1-ci və 2-ci Qarabağ savaşında şəhid olan jurnalistlərimizin, həmkarlarımızın heç də hamısının adının bir arada çəkildiyi bir videoçarx, bir nəşr yox idi. Bunu çox təəssüflə qeyd edirəm, amma artıq bu gündən sonra bu, olacaq. Biz araşdırma elədik və məlum oldu ki, 1-ci və 2-ci Qarabağ savaşında öz peşəsini icra etmək üçün savaşa qatılan, eyni zamanda, öz peşəsini yarımçıq qoyub gedib səngərdə Vətəni uğrunda mübarizə aparan bizim jurnalist həmkarlarımız 16 nəfərdir. Bu, 16 nəfərin adının çəkildiyi ilk videoçarx olacaq, “Şəhid imza” videoçarxı. Mən ümid edirəm ki, bu videoçarxtan sonra artıq bizim jurnalistlərimiz Qarabağa yollanarkən daha ehtiyatlı olacaqlar. Çünki siz də xatırlayırsınız ki, sonuncu qurbanlarımız bizim mina qurbanı oldu və nəzərə alsaq ki, hələ də mina terroru davam edir. Mən ümid edirəm, bu videoçarxda adı sadalanan adlardan sonra və bu adların çoxluğunu nəzərə alıb bizim jurnalist həmkarlarımız öz peşəsini icra edərkən işğaldan azad olunmuş torpaqlarımızda daha diqqətli olacaqlar.

Videoçarxın sonunda Toğrul atasının həmkarlarına bu mesajını da verir: “Ata, bilirsən, mən də böyəndə sənin kimə əsgər olacam, iş yoldaşlarınla görüşəcəm, ilk səngərləri xəbərdar edəcəm. Çünki onlar da sənin kimi şəhid ola bilərlər. Təhlikə hələ bitmir. Ermənilər bütün hər yerə mina basdırıblar. İstəmirəm, kimsə mənim kimi atasız qalsın”.

Xatırladaq ki, “Şəhid imza” layihəsinin icrasına iyul ayının 1-dən start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib. Çarxda 1-ci və 2-ci Qarabağ savaşında şəhid olan jurnalistlər və ümumilikdə həlak olan media mənsublarının tam siyahısı öz əksini tapıb. “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin müvafiq layihəni icra etməkdə əsas məqsədi heç bir media resursunda, KİV matrealında bütünlükdə siyahının olmamasıdır.

Birliyin sədri, tanınmış telejurnalist, Baku Tv-nin məsul redaktoru Günel Gözəlovanın sözlərinə görə, videoçarxda 1-ci və 2-ci Qarabağ savaşında həlak olan 16 nəfər media mənsubunun adı yer alıb: “30 illik işğal zamanı Ermənistanın Azərbaycana qarşı haqsız müharibəsində canlarını fəda etmək uğrunda qələmini silaha çevirən, peşəsinin icrasını yarımçıq qoyub səngərdə vuruşan media mənsubları bu yolda canından keçiblər. Lakin onların bəzilərinin adı demək olar ki, heç yerdə çəkilmir. Əsas məqsəd bu vidoçarx vasitəsilə ermənilərin media mənsublarına qarşı terrorunu bir daha gündəmə gətirməkdir. Eyni zamanda, beynəlxalq aləmdə peşəsini icra edərkən toxunulmaz sayılan media nümayəndələrinə qarşı törədilən cinayət faktları və hələ də işini icra edəcək olan jurnalistlərin ermənilərin Azərbaycan torpaqlarında yerləşdirdikləri yeraltı  ölüm – minalar sayəsində həyatlarının təhlükədə olması faktını vurğulamaqdır. Körpələrin valideynsiz, media subyektlərinin peşəkar əməkdaşsız qalması ermənilərin daha bir məqsədli terrorunun sübutudur.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO