Siyasi 26.12.2025 23:49

“Günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Daşnaklar türkləri öldürüb paltarlarını geyiniblər” adlı veriliş əslən Zəngəzur mahalı, Meğri rayonunun Aldərə kənd sakini Nanə Məmmədovanın həyat hekayəsinə həsr olunub.

O, 1963-cü ildə doğulduğunu və kəndi tərk edəndə 26 yaşının olduğunu deyib: “Uşaqlıq, gənclik dövründən kəndimizin hər dağına, daşına, cığırına bələd olmuşam. Əzəmətli dağlar, sayısız-hesabsız bulaqlar, kəhrizlər, yaylaqlar var idi. Kənd Araz çayının sol sahilində Bakı-İrəvan dəmir yolunun sağ tərəfində yerləşir. Aldərə çayının sol sahilində Mərzit kəndi yerləşib. O kəndi 1918-ci ildə ermənilər dağıdıblar. Sonralar bu ad kəndimizin məhəlləsi kimi tanınıb. 1590-cı ildə hazırlanan və Ankarada saxlanılan İrəvanın müfəssəl dəftərində kəndin yer-yurd adları çəkilir, hamısı türk adlarıdır”.

Onun sözlərinə görə, XIX əsrin sonlarında ermənilər İyis adlı kəndi də  dağıdıblar: “Bu kəndin sakinləri Aldərəyə köçüb, Xocal dağına sığınıblar. 1918-ci ildə departasiya məruz qalmış insanlar kəndi məcbur tərk ediblər. İnsanlar soyuq dekabr ayında yorğanın üzünü çıxarıb uşaqlarını büküb Araz çayının sahilinə gəliblər. Ermənilər onları öldürüb paltarlarını geyiniblər. İnsanlar pələ vasitəsilə Cənubi Azərbaycana keçəndə ermənilər onları vurub. Yollarda insanlar itib-batıb. Arazın sularında boğulub, Zəngilanda acından ölənlər olub. 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar yenidən kəndə qayıdıblar”.

Kənd sakini bildirib ki, 1988-ci ildə duz-çörək kəsdiyimiz ermənilərin bizə soyuqluğunu hiss edirdik: “Noyabrdan azərbaycanlılar kəndləri tərk edirdilər. Mən kəndi tərk edəndə elə bildim, müvəqqəti gedirik. Bir anın içində kəndi tərk etdik. Nüvədidən keçib, çətin yollarla Zəngilanın Mincevan qəsəbəsinə gəldik. Sonra ailəmizlə Bakıda məskunlaşdıq”.

N.Məmmədova 37 ildir gözünün yolda, qulağının səsdə olduğunu söyləyib: “Hər an gözləyirik, görəsən, biz kəndə nə vaxt qayıdacağıq. Biz o doğma yerlərə yenidən qayıtmaq istəyirik. Kəndimizə qayıtmaq həsrəti ilə yaşayırıq. Əminəm ki, Bakıdan Naxçıvana gedən Bakı-Noraşen qatarı yenidən öz yolu ilə gedəcək və günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 26-da saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 26.12.2025 23:49
“Günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir” - VİDEO
Siyasi, Sosial / 26.12.2025 14:22
“Bakı-Noraşen” qatarı ilə kəndə gedəcəm” – Nanə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.12.2025 23:41
“Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar” - VİDEO
Siyasi / 25.12.2025 14:22
Ermənistan güzəştə hazırlaşır – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2025 12:16
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 23:54
Rusiyanın Azərbaycan dövlətçiliyinə qarşı 300 illik gizli savaşı - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 14:51
Rusların Qafqazda erməni kartı – ANONS - VİDEO
Gündəm / 24.12.2025 00:01
Prezident İlham Əliyevin doğum günüdür - FOTO
Siyasi, Sosial / 23.12.2025 23:18
Baharlı və Bahar bəyin bağları – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə / 23.12.2025 18:40
“Şaumyanın transformasiyası- “ilahilik”dən təcavüzə” - FOTO - VİDEO
Sosial / 23.12.2025 14:46
Baharlı tayfasının Zəngəzurda saldığı kənd – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 23.12.2025 13:22
Şaumyan – təcavüzkara dönən obraz – ANONS - VİDEO
Müsahibə / 22.12.2025 23:51
“Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Hərbi / 20.12.2025 23:10
Qarabağ adı silah üzərində niyə təsvir olunurdu? - VİDEO
Siyasi, Təhlil / 18.12.2025 23:51
“İrəvanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi “yol xəritəsi”nin hədəfi nədir?” - VİDEO
Mətbuat / 18.12.2025 17:35
“Global Media Group”dan 55 nəfər mətbuatın 150 illik yubiley medalı ilə təltif edilib - FOTO
Siyasi / 18.12.2025 14:22
Paşinyanın “yol xəritəsi” – ANONS - VİDEO
Gündəm / 17.12.2025 23:29
1828-ci ildən sonra Qərbi Azərbaycanda başlayan proseslər - VİDEO
Elm və təhsil, Mətbuat / 17.12.2025 15:05
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – GENİŞ HESABAT - FOTO - VİDEO
Elm və təhsil / 17.12.2025 14:22
“Erməni vilayəti” niyə yaradıldı? – ANONS
Siyasi, Sosial / 16.12.2025 22:35
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu – türk tarixinin izi - VİDEO
Siyasi / 16.12.2025 19:02
“Yüz il əvvəl hüquqi qüvvəsini itirən müqavilələr təəssüf ki, bu gün də qüvvədədir” - FOTO - VİDEO
Sosial / 16.12.2025 14:16
Bacoğlu necə Haykavan oldu? – ANONS - VİDEO
Siyasi / 16.12.2025 13:22
Paşinyan “Kilsə girdabı”ndan çıxa biləcəkmi? – ANONS
Müsahibə / 15.12.2025 23:20
“Son deportasiyaya qədər Murğuzda 800 azərbaycanlı yaşayıb” - VİDEO
Elm və təhsil / 15.12.2025 14:00
Bir əsr tarixi olan Nərimanlı kənd orta məktəbi – TƏDBİRİN MƏNZƏRƏSİ - FOTO - VİDEO