Sosial 03.11.2020 13:00

Gürcüstanda yaşayan soydaşlarımız orduya dəstək verdi - VİDEO

Gürcüstanın Qaraçöp mahalında yaşayan soydaşlarımız hər zaman ölkəmizin və xalqımızın yanında olduqlarını bəyan ediblər.

Rakus.az xəbər verir ki, Qaraçöp sakinlərinin təşəbbüsü ilə Vətən savaşı aparan, öz ərazi bötövlüyünü təmin etməyə çalışan Azərbaycan dövlətinə və ordusuna dəstək göstərilib.

Soydaşlarımız dövlətimizə və ordumuza dəstəklərini Azərbaycana xırdabuynuzlu heyvanlar göndərməklə nümayiş etdiriblər. Sakinlər xırdabuynuzlu heyvanları Azərbaycan bayraqları ilə bəzədilmiş xüsusi avtomobillərə (TIR-lara) yükləyərək ölkəmizə yola salıblar.

Əslən Qaraçöpdən olan əməkdar kənd təsərrüfatı işçisi İlham Quliyev bildirib ki, Qaraçöp mahalında yaşayan soydaşlarımız hər zaman Azərbaycan dövlətinin yanındadır:

“Gürcüstanda bizim çoxsaylı soydaşlarımız var. Vətən Müharibəsi günlərində Gürcüstanda yaşayan, o cümlədən, Qaraçöpdəki 30 minədək soydaşımızın hər birinin ürəyi Azərbaycanladır. Burada yaşayan soydaşlarımız hər zaman Azərbaycan Prezidentinin, dövlətinin  diqqət və qayğısını öz üzərilərində hiss ediblər.

İndi də azərbaycanlılar yaşayan kəndlərin inkişafı davam edir. Bu kəndlərin istər kommunal, istər yol problemləri həll edilir. İnkişafı hər kəs öz gözü ilə görür.  Qaraçöplülər də öz istəkləri ilə ordumuza, dövlətimizə müəyyən ərməğan etmək qərarına gəliblər.

Bu ərməğanın çatdırılmasında bizə Azərbaycanın Gürcüstandakı səfirliyi böyük yardım etdi. Onlara da təşəkkür edirəm. Vətən Müharibəsində qələbə bizim olacaq. Qaraçöp mahalının sakinləri hər zaman Azərbaycan dövlətinin, Prezidentinin, Ordumuzun yanındadır, hər zaman onlara dəstək verir”.

Sentyabrın 27-dən başlayaraq müxtəlif ölkələrdə yaşayan hər bir soydaşımız fərqli platformalarda dəstək göstərərək, tariximizin şanlı səhifəsini yazan dövlətimizin yanında olduqlarını bəyan edirlər.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS