skip to Main Content
II Avropa oyunları 27.06.2019 20:17

 Hacı Əliyev qalib oldu 

 

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Rakus.az xəbər verir ki, bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

 

Minsk-2019

Qadın güləşi

50 kq

Komandamızın lideri Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, polşalı Anna Lukasiakı döşək üzərinə çıxmağına peşman edib – 10:0. Stadnik yarımfinalda Evin Dəmirhanla (Türkiyə) güləşib. Türk rəqibini mübarizədən kənarlaşdıran Mariya finala adlayıb. Qızıl yolunda onun son rəqibi ukraynalı Oksana Livaç olacaq.

57 kq

Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finaldan başladığı Oyunlarda ilk rəqibi Ramona Qalambos (Macarıstan) üzərində çətinlik çəkməyib – 10:0. Lakin güləşçimiz 1/4 finalda bolqar rəqibi Mimi Xristova ilə bacarmayıb (0:6). Amma rəqibi finala yüksəldiyi üçün Alyona üçün “bürünc” medal şansı yaranıb. Bunun üçünsə ilk olaraq təsəlliverici görüşdə italiyalı Franseska İndelikatoya qalib gəlmək lazımdı.

62 kq

Elmira Qəmbərova da ilk görüşünü 1/8 finalda keçirib. Luzi Manke (Almaniya) təmsilçimiz önündə tab gətirə bilməyib. Rəqibini 4:0 hesabı ilə üstələyən Qəmbərovanın 1/4 finaldakı qurbanı isə Katarzina Madrovska olub. Polşalı rəqibinə 9:0 hesabı ilə qalib gələn Qəmbərovanın final yolundakı son maneəsi Krişta İnçze (Rumıniya) olub. Rəqibindən üstün olan Elmira finalda finalda Yuliya Tkaçla üz-üzə gələcək.

76 kq

Səbirə Əliyeva da yarışa uğurlu start götürüb. O, yunanıstanlı Aykaterinierini Pitsiavaya göz açmaq imkanı verməyib – 9:0. 1/4 finaldakı rəqib Georgina Neltorp (Böyük Britaniya) da idmançımızla bacarmayıb. Bu dəfə hesab 8:2 olub. Əliyeva yarımfinalda almaniyalı Frensi Rideltlə qarşılaşıb. Məğlub olan Səbirə şansını bürünc medal uğrunda sınayacaq. Onun rəqibinin adına sabah aydınlıq gələcək.

 

Bundan əlavə, ötən gün finala yüksələn iki güləşçimiz bu gün həlledici görüşlərdə qızıl medal axtarışına çıxacaqlar.

Sərbəst güləş

65 kq

Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev turnirə erməni güləşçi Valodya Franqulyanla start verib və rəqibinə göz açmağa imkan verməyib – 6:0. İdmançımız 1/4 finalda belaruslu George Koliyevi sınağa çəkib. Koliyev görüşə yaxşı başlasa da, idmançımız əzmkarlıq nümayiş etdirərək, 7:5 hesablı qələbəyə sevinib. Əliyev yarımfinalda Ukraynanı təmsil edən Xor Oqannesyanla qarşılaşıb. Gərgin keçən görüşdən qalib ayrılan pəhləvanımız finala yüksəlib. Onun son rəqibi gürcüstanlı Vladimer Xiceqaşvili olub. Rio Olimpiadasının qalibi olan rəqibinə asanlıqla qalib gələn (10:2) Hacı qızıl medala sahib çıxıb.

97 kq

Nurməhəmməd Hacıyevin ilk rəqibi polşalı Radoslav Baran olub. Rəqibini 8:0 hesabı ilə üstələyən idmançımız 1/4 finalda Elizbar Odikadze ilə qarşılaşıb. Gürcüstan təmsilçisi də Nurməhəmmədlə bacarmayıb. Hacıyev bu dəfə 7:3 hesablı qalibiyyətlə yarımfinala yüksəlib. Onun final yolundakı rəqibi Murazi Mçedlidze (Ukrayna) olub. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Hacıyev qızıl medal uğrunda mübarizə aparacaq. Həlledici görüşdə Nurməhəmməd bu çəkinin şəksiz lideri rusiyalı Abdulrəşid Sadullayevlə üz-üzə gəlməli idi. Ancaq yarımfinalda zədələnmiş idmançımız final görüşünə çıxmaqdan imtina etdiyi üçün gümüş medalla kifayətlənib.

Qeyd edək ki, ilk yarış günündən sonra millimiz 1 qızıl, 2 bürünc medal əldə edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO
Back To Top
×Close search
Axtar