Hokkey üzrə Finlandiya çempionatının növbəti oyunu hakim Yukka-Pekka Koystinen üçün heç də yaxşı başa çatmayıb.
Rakus.az xəbər verir ki, matç zamanı qapıya zərbə ilə vurulan şayba sıçrayaraq hakimin üzünə dəyib.
Bir müddət huşunu itirərək yerdə uzanan Koystinen xəstəxanaya çatdırılıb. İlkin müayinələrdən sonra hakimin üst çənəsinin və yeddi dişinin sındığı müəyyən edilib.
İnsident matçın ikinci hissəsinin 19-cu dəqiqəsində baş verib.