Siyasi 21.02.2024 20:09

“Hamamlı Çar Rusiyasına və sovet Ermənistanına necə birləşdirildi?” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilər və havadarları tərəfindən əhalisi pərən-pərən salınan, ərazisi isə parçalanan Hamamlı rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Hamamlı Çar Rusiyasına və sovet Ermənistanına necə birləşdirildi?” adlı süjetdə indiki Ermənistanın Azərbaycan torpaqlarında yaradıldığı, ermənilərin Azərbaycan ərazilərinə kütləvi köçürülməsi nəticəsində azərbaycanlıların daim etnik təmizləməyə məruz qaldığı bildirilir.

Qeyd olunur ki, Qərbi Azərbaycanın Pəmbək mahalında yerləşən Hamamlı ərazisi 1801-cı ildə Çar Rusiyası tərəfindən işğal edilib: “1828-ci ildə Hamamlı da daxil olmaqla İrəvan xanlığı Çar Rusiyasına birləşdirilib. XIX əsrdə yeni yaradılan inzibati ərazi bölgüsünə əsasən Hamamlı İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibinə verilib. 1918-ci ilin noyabrında indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra Hamamlı Loru-Pəmbək qəzasına daxil edilib. Hamamlı 1921-ci il fevralın 11-də Sovet Ermənistanına birləşdirilib və 1937-ci ilə kimi Qarakilsə rayonunun tərkibində olub. 1937-ci il dekabrın 31-də inzibati mərkəzi Hamamlı olmaqla, eyni adlı rayon yaradılıb. 1949-cu ildə rayonun adı dəyişdirilərək Spitak qoyulub”.

Diqqətə çatdırılır ki, keçmişdə bu ərazidə azərbaycanlıların yaşadığı Qursalı, Saral, Qızılörən, Qaral, Tapalı, Qotur, Nalbənd, Cacur, Parım, Avdıbəy, Ağbulaq, Sarıhart kimi 24 kənd mövcud olub: “Bu yaşayış məskənlərinə XIX əsrin ortalarından xaricdən gəlmə ermənilər yerləşdirilib və azərbaycanlılar tədricən çıxışdırılaraq çıxarılıb. Onlardan bəziləri 1918–1920-ci illərdə ermənilər tərəfindən məhv edilib, digərlərinin əhalisi isə SSRİ dövründə Azərbaycana köçürülüb. 1988-ci il deportasiyasına qədər yalnız Qursalı, Saral və Qızılörən kəndlərində azərbaycanlılar yaşayıb.

Son deportasiya zamanı 1988-ci il dekabrın 5-də daşnak terror qrupu Hamamlıda insani əxlaqa, bəşəri davranışa sığmayan terror aktları törədib,  azərbaycanlı olduqlarına görə 87 uşağı vəhşi üsullarla qətlə yetirib. Sonrakı mərhələdə Hamamlı rayonu üzrə 23 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci il noyabrın 7-də Hamamlı, yəni Spitak rayonu ləğv edilərək Loru mərzliyinin inzibati ərazisinə daxil edilib”.

Sonda vurğulanır ki, ta qədimdən XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərinə qədər oğuz türklərinin yaşayış məskəni olan Hamamlı rayonu da ermənilərin siyasi oyunlarının qurbanı olub: “Əminik ki, zaman-zaman ermənilərin fiziki və mənəvi terroru, təcavüzü ilə üzləşən soydaşlarımız bu tarixi gerçəkliyi heç vaxt unutmayacaq, tezliklə Qərbi Azərbaycana Böyük qayıdışın qürurunu yaşayacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında fevralın 21-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO