Mədəni 05.04.2020 21:00

“Hamını qaydalara riayət etməyə çağırıram” – Mənsum İbrahimov

“Xalqımızı, eləcə də sənət yoldaşlarımı koronavirusla bağlı qaydalara riayət etməyə çağırıram. Bu, ilk növbədə, vətəndaşların özlərinin sağlamlığı üçün lazımlıdır. Biz bu işdə dövlətimizə kömək etməliyik ki, dünyanı bürüyən bu bəladan az itkilərlə çıxaq”.

Rakus.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov deyib.

Dövlətimizin başçısının xeyirxah təşəbbüsünə qoşulan Xalq artisti koronavirusla bağlı çağırış edib. “#evdəqal…biz birlikdə güclüyük!” şüarına dəstək olaraq görkəmli muğam ustası vətəndaşlarımızı həmrəy olaraq sosial izolyasiya aksiyasında məsuliyyətli olmağa səsləyib.

O bildirib ki, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa müraciət edərək həmrəy olmağa çağırıblar. Biz bu müraciətlərə dəstək olmalıyıq.

O, eyni zamanda, vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi diqqət etməyi məsləhət görüb. Xalq artisti koronavirus təhlükəsinin yayılmasının qarşısını almaq üçün evdə oturan insanlara kitab oxumağı, musiqi dinləməyi tövsiyə edib.

“Bilirsiniz ki, bu gün insanların evdə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif təşəbbüslərə start verilib, müxtəlif layihələr reallaşdırılır. Bu istiqamətdə görülən hər bir iş, insanlara ev mühitində, çölə çıxmadan da əməkdaşlıq etməyi aşılayır, insanları vaxtı səmərəli keçirməyə çağırır. Bildirilir ki, vətəndaşlar özlərinin və doğmalarının təhlükəsizliyi naminə evdən çıxmamalıdırlar. Bunun əvəzinə şəxsi bilik və bacarıqlarını inkişaf etdirmək, yararlı fəaliyyət növləri ilə məşğul olmaq tövsiyə edilir. Mən şəxsən bundan yararlanıram, evdə kitab oxuyur və övladlarımla çox gözəl vaxt keçirirəm”,-deyə görkəmli ifaçı söyləyib.

O deyib ki, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə həyata keçirilən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən xalq mahnıları və muğamlarımız, instrumental milli rəqs havalarının ifaları canlı olaraq tamaşaçılara təqdim edilir. Artıq ilk musiqili yayım efirə verilib: “Verilişin ilk qonağı da mən və rəhbərlik etdiyim “Qarabağ” muğam qrupunun üzvləri – Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və nağara ifaçısı Siyavuş Kərimov olub. Bu istiqamətdə işlərimizi yenə də davam etdirəcəyik.

Mən efir vasitəsilə də insanlara bir daha müraciət etdim. Vurğuladım ki, sosial izolyasiya müddətində tamaşaçıların evdən çıxmadan musiqi dinləməsi və mədəniyyətin müxtəlif sahələrindən xəbərdar olmaları üçün bu günlər Mədəniyyət Nazirliyi bir sıra layihələr həyata keçirir. Müasir informasiya texnologiyalarının köməyi ilə reallaşan bu layihələr təqdirəlayiqdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu günlərdə xalqa müraciət etdilər. Biz bu müraciətlərə dəstək olaraq gələcəyimiz naminə birliyimizi nümayiş etdirməliyik. Xalqımızın sağlığı naminə dövlət tərəfindən tətbiq olunan sosial izolyasiya və karantin rejiminə riayət etməklə biz həmrəy olaraq bu sınaqdan qalib çıxacağıq. Bu gün bəşəriyyətin ciddi təhlükə ilə üzləşdiyi bir vaxtda çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün hər birimiz vətəndaş məsuliyyətini dərk edərək özünə və cəmiyyətə qarşı duyarlı olmağa, sosial izolyasiya qaydalarına əməl etməyə, mövcud resurslardan istifadə olunmaqla bu sürəci səmərəli və yaradıcı dəyərləndirməyə çalışmalıyıq”.

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov bir aylıq əməkhaqqını ölkə başçısının müvafiq Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO