Müsahibə 03.02.2025 22:06

“Hayların tarixinin uydurma olduğunu sübut edən erməni alimini “Asala” qətlə yetirib” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Vorontsovka Rayon İcmasının sədri Miraslan Bəkirli olub. O, Qərbi Azərbaycanın Loru mahalından, doğulub boya-başa çatdığı Vorontsovka rayonundan, Cücəkənd kəndindən söhbət açıb. Bildirib ki, tarixi Azərbaycan torpaqlarında süni şəkildə yaradılan Ermənistan dövlətinin ərazisi sonradan genişləndirilib. Müxtəlif illərdə bir çox yurd yerlərimiz, o cümlədən Loru mahalı – Dağ Borçalı adlandırılan ərazilər Ermənistanın tərkibinə qatılıb. Bunun ardınca isə tarixi torpaqlarımızın əzəli adlarına qarşı soyqırımına başlanılıb, toponimlər dəyişdirilib, maddi-mədəniyyət abidələrimiz ya dağıdılaraq məhv edilib, ya da ən müxtəlif üsullarla saxtalaşdırılıb. Bu siyasət çərçivəsində qədim Alban kilsələri də erməni məbədləri kimi qələmə verilib.

M.Bəkirli Vorontsovkanın Türk dünyasının ayrılmaz bir hissəsi olduğunu diqqətə çatdırıb, Soyuqbulaq kəndi ərazisində əsrlərin yadigarı olan qayaüstü rəsmlərdən, qədim adət-ənənələrdən, toy və yas mərasimlərindən geniş bəhs edib. Bildirib ki, Qafqazdakı bütün faciələr ermənilərin bu regiona köçürülməsindən qaynaqlanır. Hind tarixçisindən sitat gətirən müsahib vurğulayıb ki, oğurluğu həyat tərzi seçən əsilsiz ermənilər Hindistandan qovulub, Qafqaza sürgün ediliblər. Amma bu coğrafiyaya köçəndən sonra özlərini Qafqazın əbədi sakinləri kimi aparmağa, tarixi saxtalaşdırmağa başlayıblar. Yazıçı-publisist ermənilərin Cənubi Qafqaza köçmə xalq olduğunu hətta onların öz alimlərinin də etiraf etdiyini dilə gətirib. Deyib ki, hayların tarixinin uydurma olduğunu konkret faktlarla sübut edən erməni alimini ASALA terror təşkilatı qətlə yetirib.

O, ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan da danışıb. Bildirib ki, tayqulaq Andranikin dəstəsi Vorontsovka rayonunun bəzi kəndlərinə soxulub, dinc əhalini kütləvi qətlə yetirib.

Onun sözlərinə görə, sovet hakimiyyəti illərində ermənilər soydaşlarımızı ata-baba yurdundan didərgin salmaq üçün bütün vasitələrdən istifadə ediblər. Yazıçı-publisist iki babasının 1937-ci il noyabrın 14-də ermənilər tərəfindən güllələndiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 1948-1953-cü illərin deportasiyası əslində Qərbi Azərbaycan türklərinə qarşı törədilən növbəti soyqırımı olub. O, 1988-1991-ci il hadisələrində erməni millətçilərinin azərbaycanlıları döydüyünü, evlərini yandırdığını, köç karvanlarına silahlı hücumlar etdiyini xatırladıb. Bildirib ki, həmin vaxt ermənilər 90 yaşlı ahıl azərbaycanlı kişini öz evində daş-qalaq edərək qətlə yetiriblər. Yazıçı-publisist etnik təmizləməyə məruz qalan azərbaycanlıların dünyanın müxtəlif ölkələrində məskunlaşdığını qeyd edib.

M.Bəkirli sonda vurğulayıb ki, doğulduğu, yaşadığı yurda qayıtmaq bütün Qərbi azərbaycanlıların haqqıdır. Onun sözlərinə görə, torpağın yaddaşı, babalarımızın narahat ruhları bizi tarixi yurdumuza – Qərbi Azərbaycana mütləq qaytaracaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 3-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Müsahibə / 03.02.2025 22:06
“Hayların tarixinin uydurma olduğunu sübut edən erməni alimini “Asala” qətlə yetirib” - FOTO - VİDEO
Təhlil / 03.02.2025 16:32
İran irqçiliyi – “Traktor” tərəfdarlarına qərəzin sirri – TƏHLİL
Siyasi, Təhlil / 03.02.2025 11:23
Aİ missiyası müşahidə adı altında kəşfiyyat izləmələrini davam etdirir - FOTO
Elm və təhsil / 03.02.2025 09:57
Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı yaradılıb
Mədəni / 01.02.2025 22:46
Alban -türk memarlığını fərqləndirən əsas əlamətlər - FOTO - VİDEO
Mədəni / 01.02.2025 14:45
Qərbi Azərbaycanda dağıdılan memarlıq nümunələri – ANONS - VİDEO
Siyasi, Sosial / 31.01.2025 21:31
“Hamilə qadınlar yolda stresdən doğum edərkən övladları tələf olmuşdu” - FOTO - VİDEO
Siyasi / 31.01.2025 16:34
Avropa missiyasının vaxtı niyə uzadıldı? - FOTO - VİDEO
Siyasi, Sosial / 31.01.2025 13:14
“Qaçqın düşəndə 4 yaşım vardı” – Ceyhunə Şirəliyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi / 31.01.2025 09:38
İİTKM-də görüş – yeni reallıqlar və parlament diplomatiyası - FOTO
Siyasi, Təhlil / 30.01.2025 22:43
Gürcüstan-Ermənistan yolunun əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçir“ - FOTO - VİDEO
İqtisadi, Təhlil / 30.01.2025 16:04
Zəngəzura gedən yol – regional və qlobal əhəmiyyətli layihə – TƏHLİL
Siyasi / 30.01.2025 13:41
Strateji ərazilər Azərbaycana qaytarıla bilər – ANONS - VİDEO
Mədəni / 29.01.2025 22:17
“Sinayda tapılan alban dilində 315 səhifəli Palimpsest erməni yalanlarını ifşa etdi” - FOTO - VİDEO
Mədəni / 29.01.2025 14:03
Ermənilərin kilsə qorxusu – ANONS - VİDEO
İqtisadi / 29.01.2025 09:50
Nəqliyyata həsr olunmuş müşavirənin detalları “Hədəf”də - FOTO - VİDEO
Siyasi, Sosial / 28.01.2025 22:37
Allahverdi, Allahverdibəy, Almalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 28.01.2025 18:41
“Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi” adlı yeni fənn tədris olunur”
Hərbi, Təhlil / 28.01.2025 15:26
Rusların İrəvan şoku – 102 saylı baza bağlanır? – TƏHLİL
Siyasi / 28.01.2025 14:27
Sakinləri 3 millətdən olan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 28.01.2025 13:14
“Ermənilər mədəniyyəti “borc alırlar” – ANONS - FOTO - VİDEO
Müsahibə / 27.01.2025 22:39
“İlk erməni partiyalarının proqramında terrorçuluq əsas yer tuturdu” - FOTO - VİDEO
Elm və təhsil / 27.01.2025 15:49
Basarkeçər gəncləri Şirazi İbrahimovu “GƏNCLƏRİN DOSTU” elan etdilər - FOTO
Təhlil / 27.01.2025 14:57
Makronun qara çərçivədəki “üzü” – TƏHLİL
Siyasi / 27.01.2025 10:09
Arayik Harutyunyan günahı – Paşinyan niyə pis vəziyyətdə qalıb? - FOTO - VİDEO
Mədəni / 25.01.2025 22:06
“İrəvandakı Xan sarayı divarlarının bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb” - FOTO - VİDEO