Paşinyan danışdı: “Hazırda Ermənistanın sərhədlərində sakitlikdir”
“Hazırda Ermənistanın sərhədlərində sakitlikdir, Ermənistan münaqişədə iştirak etmir. Qeyd etmək istəyirəm ki, Ermənistan Qarabağdakı hərbi münaqişəyə cəlb olunmayıb. Bizi hərbi münaqişəyə sürükləmək cəhdləri qəbuledilməzdir”.
Rakus.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan televiziya vasitəsilə canlı yayımda çıxış edərkən deyib.
Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə antiterror tədbirləri çərçivəsində yalnız qanuni hərbi obyektləri və hərbi infrastruktur məntəqələrini hədəfə alıb.