Həndbol üzrə dünya çempionatı davam edir
Misirdə həndbol üzrə kişilər arasında 27-ci dünya çempionatı davam edir.
Rakus.az xəbər verir ki, ötən gün start götürən çempionatın Təşkilat Komitəsinin qərarına əsasən, COVID-19 pandemiyası ilə əlaqədar bütün matçlar azarkeşsiz keçirilir.
Bundan başqa, hər 72 saatdan bir oyunçular, məşqçilər və hakimlər məcburi koronavirus testindən keçəcək, idman komplekslərində gündəlik dezinfeksiya işləri aparılır. İdmançıların qaldıqları otellərdə səyyar hospital və yoluxma şübhəsi olanlar üçün izolyasiya otaqları hazırlanıb. Mətbuat nümayəndələri də oyunları virtual olaraq işıqlandıracaq və matçların keçirildiyi idman komplekslərinə buraxılmırlar.
Beynəlxalq Həndbol Federasiyasının qərarı ilə builki dünya çempionatı 27 deyil, 32 milli komandanın iştirakı ilə keçirilir. Onlar ilk mərhələdə səkkiz qrupda mübarizə aparacaqlar. Hazırkı dünya çempionu Danimarka Misirdə keçiriləcək çempionatda öz titulunu qorumağa çalışacaq. Oyunlar Qahirə, İsgəndəriyyə, Giza və Yeni Qahirədəki idman komplekslərində keçirilir.