Hərbi 24.07.2019 12:04

Hərbi diplomatiya tariximizin açılmayan səhifələri

Müstəqil Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması və qısa müddət ərzində döyüşkən bir hərbi qüvvəyə çevrilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Hərbi Nazirliyin fəaliyyətinin çox mühüm və şərəfli səhifələrindən biridir. Cümhuriyyət ordusunun öyrənilməli və davam etdirilməli olan zəngin bir təcrübəsi olub.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra ilk hərbi diplomatik fəaliyyət, Azərbaycanla Osmanlı Türkiyəsi arasında 1918-ci il iyunun 4-də Batumda əməkdaşlıq müqaviləsinin imzalanması və Azərbaycanla Osmanlı Türkiyəsi arasında tarixi hərbi əməkdaşlığın qurulması ilə başlamışdı.

Müqavilənin 4-cü bəndində deyilirdi: “Osmanlı imperiyasının hökuməti Azərbaycan Respublikası hökumətinin ölkədə təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsi barədə müraciəti olarsa, hərbi qüvvələrlə yardım etməyi öz öhdəsinə götürür”.

Azərbaycan hökuməti bu müqavilənin həmin bəndinə əsaslanaraq Azərbaycanın müstəqilliyinə real təhlükə olan bolşevik-daşnak təcavüzünün qarşısının alınması, Osmanlı Türkiyəsinin məhdud hərbi qüvvələrinin Azərbaycana gəlməsi üçün müraciət etdi. Osmanlı hərbi qüvvələrinin gəlişi ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Çox səmərəli və faydalı hərbi əməkdaşlıq 15 sentyabr 1918-ci ildə Bakının azad edilməsinə və bu şəhərin Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə imkan verdi.

Birinci Dünya müharibəsinin nəticələrini özündə əks etdirən “Mudros sülh müqaviləsi”nin şərtlərinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qalanda hökumətin qərarı ilə Cümhuriyyətin Hərbi Nazirliyi bərpa edildi.

Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov ordu quruculuğunda hərbi əməkdaşlıq işini təşkil etmədən ordunu təcrübəli kadrlarla komplektləşdirməyin və texniki təchizatını təşkil etməyin mümkün olmayacağını bilirdi. Həmin tarixi şəraitdə Osmanlı Türkiyəsi ilə hərbi əməkdaşlığın aparılmasının mümkünsüzlüyünü görən Hərbi Nazirlik ilk olaraq Gürcüstan ilə hərbi əməkdaşlığın yaradılması qərarına gəldi. Hökumətin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasındakı diplomatik missiyasında Hərbi Attaşelik ofisi təsis edildi. Hərbi nazir 26 mart 1919-cu il tarixli 148 nömrəli əmri ilə Hərbi Nazirliyin Hərbi topoqrafiya bölməsinin sabiq rəisi podpolkovnik Əliyev Məmməd bəy Hüseyn oğlunu bilavasitə ordunun Baş Qərargah rəisinə tabe olmaqla, Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinə təyin etdi. Daha sonra həmin hərbi attaşelik ofisinə Hərbi nazirin 27 may 1919-cu il tarixli 271 nömrəli əmri ilə Gəncə Praporşiklər məktəbini fərqlənmə ilə bitirmiş praporşik (Cümhuriyyət dövründə ilkin zabit rütbəsi) Əsgər Əsgərov-Kəngərlinskini hərbi attaşenin tapşırıqçısı və 13 mart 1920-ci il tarixli 153 nömrəli digər əmri ilə isə podporuçik Davud bəy Ağalarovu hərbi attaşesinin tapşırıqlar üzrə kiçik zabiti vəzifəsinə təyin etdi. Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin hərbi attaşeliyinin təsis edilməsi bütünlükdə Azərbaycanın hərbi diplomatiya tarixində yeni bir səhifə idi. 10 avqust 1919-cu il tarixdə Azərbaycan Respublikasındakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinə polkovnik Naçvalov təyin edilib.

Hərbi attaşelik ofisinin fəaliyyətə başlamasından sonra Azərbaycanla Gürcüstan arasında çox fəal və səmərəli hərbi əməkdaşlıq əlaqələri yaradıldı. Həmin hərbi əməkdaşlıq özünün hüquqi əksini 1919-cu il iyunun 16-da iki respublika arasında imzalanmış hərbi sazişdə tapdı. Hərbi attaşeliyin səmərəli fəaliyyətləri nəticəsində həm Gürcüstandan Cümhuriyyət ordusunun təchizatı üçün zəruri olan xeyli sayda silah və hərbi texnika almaq, həm də həmin ölkənin hərbi məktəblərində xeyli sayda zabitin müəyyən ixtisaslar üzrə təkmilləşdirilməsi mümkün olmuşdu. Tiflisdəki aviasiya kursunda 6, radioteleqraf kursunda 4 zabit və 10 əsgər təkmilləşdirilmə kursları keçib.

Qarşılıqlı razılaşmaya əsasən, gürcü zabitləri döyüş əməliyyatlarında iştirak etmədən Cümhuriyyət ordusu sıralarında xidmət etmək imkanı da əldə etdilər. Cümhuriyyət ordusu sıralarında müxtəlif vaxtlarda gürcü millətindən olan 72 zabit və 6 general xidmət ediblər.

Onlardan ikisi, Cümhuriyyət ordusunun general-kvartirmeysteri polkovnik Karqaleteli Vasiliy Dmitriyeviç və Hərbiyyə məktəbinin rəisi polkovnik Çxeidze Konstantin Davıdoviç Cümhuriyyət hökumətinin 21 mart 1920-ci il tarixli qərarı ilə xüsusi nümunəvi xidmətlərinə görə vaxtından əvvəl “general-mayor” hərbi rütbəsinə layiq görülüb. Müqaviləyə əsasən, gürcü zabitləri Qarabağda aparılan döyüş əməliyyatlarına cəlb edilməməli idilər. Lakin həmin zabitlərin böyük bir hissəsi Cümhuriyyət hökumətinə sədaqətlə xidmət etmiş və könüllü olaraq Qarabağda aparılan döyüş əməliyyatlarında iştirak ediblər. Həmin zabitlərdən general-kvartirmeyster idarəsinin yavəri kapitan Kiknadze 27 yanvar 1920-ci ildə Qarabağda erməni hərbi qüvvələrinin xain hücumu nəticəsində həlak olmuş, 5-ci Bakı piyada alayının zabiti podpolkovnik Kutateladze Bidzin isə 1920-ci ilin mart-aprel aylarındakı döyüşlərdə yaralanıb.

Arxiv materiallarından aydın olur ki, hərbi attaşelik ofisi Cümhuriyyət ordusunun yüksək ixtisaslı, təcrübəli zabitlərlə təmin edilməsində də önəmli rol oynayıb. Belə ki, hərbi attaşe Hərbi Nazirliyin Ümumi Qərargahının sifarişinə əsasən Gürcüstan ordusundan, eləcə də Gürcüstanda yaşayan ehtiyatda olan müsəlman dininə mənsub və digər millətlərdən olan yüksək ixtisaslı, təcrübəli zabitlərin Cümhuriyyət ordusunda hərbi xidmətə qəbulu ilə bağlı iş aparmış və onların seçimində iştirak edib.

Hərbi Nazirliyin rəhbərliyi mütəmadi olaraq hərbi attaşelik ofisini ölkə və ordu üçün vacib olan bu və ya digər məsələlərin həllində iştirakına cəlb etmiş, vacib olan məlumatların toplanmasına dair tapşırıqlar verib. Belə tapşırıqlardan biri dövlətin müstəqilliyinə sədaqətli olan milli ordunun sağlam ruhda formalaşdırılması üçün xalqımızın mübariz milli keyfiyyətlərinin ordunun şəxsi heyətinə aşılanması, şanlı qəhrəmanlıq tariximizin öyrənilib təbliğ edilməsi məqsədi ilə 5 aprel 1919-cu ildə Hərbi nazirin Cümhuriyyətin Gürcüstandakı Hərbi attaşesinə Tiflis şəhərindəki “Şöhrət Muzeyi”ndə saxlanılan Azərbaycanın Gəncə, Qarabağ, Şəki, Naxçıvan və İrəvan xanlıqlarına aid olan bayraqların, ordenlərin, şəhər açarlarının, həmin xanlıqlara aid olan digər əşyaların alınaraq Azərbaycana gətirilməsi üçün iş aparılması barədə verdiyi göstərişdə görmək olar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış və formalaşmış hərbi diplomatiya Azərbaycanın hərb və hərbi diplomatiya tarixinə qızıl hərflərlə yazılıb. Qısa bir zaman kəsiyində qonşu dövlətlə çox səmərəli hərbi diplomatik əlaqənin qurulması və güclü ordunun yaradılmasına nail olunması, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin başda Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarovun peşəkarlığı, Vətəninə sədaqəti və sonsuz məhəbbəti sahəsində mümkün olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci ilin mayında imzaladığı fərmanla 1918-ci il iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd edilməyə başlanıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə hörmət və sədaqət nümayiş etdirərək, “Xüsusi Azərbaycan Korpusu”nun yarandığı həmin tarixi günü Azərbaycan Respublikasının “Silahlı Qüvvələri Günü” kimi elan edib.

Əslində, Ümummilli Lider müasir Azərbaycan Ordusunu Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış ordunun varisi kimi qəbul etmiş və onların arasında canlı bir əlaqə yaradıb. Məhz bu səbəbdən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış hərbi diplomatiyadan qaynaqlanan ənənələr, Cümhuriyyət ordusunun varisi kimi bu gün də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən uğurla davam etdirilməkdədir.

Atamalı Şahbazov,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının hərb tarixi üzrə dosenti

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO