Mətbuat 22.07.2019 14:40

Həsən bəy davamçıları, “Əkinçi” yolçuları… – Tələbə yazır

 

Müstəqil mətbuatın mövcudluğu hər bir dövlətin, millətin öz varlığını qoruyub saxlaması üçün olduqca vacibdir. Çünki mətbuat cəmiyyətin güzgüsü, xalqın tribunasıdır. Elə bir tribunadır ki, ən vacib məsələlər burada müzakirə edilir, qaranlıqlara işıq saçılır, problemlər həll olunur. Fərəhləndiricidir ki, Azərbaycan müstəqil mətbuatı üç əsrlik tarixə malikdir. Hələ 1875-ci ilin iyul ayının 22-də “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabi xalqın maariflənməsini qarşıya əsas məqsəd kimi qoydu və iki il müddətində (qəzet 1877-ci ilə kimi fəaliyyət göstərib) müəyyən qədər bunu bacardı. Onun ən böyük qələbəsi isə ağır çar senzurası ilə mübarizə apararaq mətbuatımızın ilk qaranquşunu təsis etməsi oldu. Bunun ardınca onlarca yeni qəzet və jurnal çap olundu-“Kaspi”, “Həyat”, “Tazə həyat”, “İqbal”, “Babayi-əmir”, “Azərbaycan”… Ziyalı şəxslərin sayəsində təkcə Şimali Azərbaycanda yox, həm də Cənubi Azərbaycanda mətbu orqanlar meydana çıxdı, mühacir mətbuatı yarandı, inkişaf etdi. Və, nəhayət, mətbuatımız bu günkü müasir inkişaf mərhələsinə çatdı. İndi ölkədə yüzlərlə qəzet və jurnal fəaliyyət göstərir. Təbii ki, hamısı eyni səviyyədə deyil. Lakin əminliklə demək olar ki, hazırda şərəflə, ləyaqətlə xalqa, millətə xidmət edən, doğru, düzgün, dəqiq, operativ, qərəzsiz, obyektiv informasiyanı özləri üçün müqəddəs hesab edən, lazım gələndə qələmini süngüyə, sözünü silaha çevirməkdən çəkinməyən jurnalistlər kifayət qədərdir. Və bu gün onların bayramıdır. Bayramınız mübarək, əziz mətbuat nümayəndələri!

Onlar yenə də redaksiyalarda növbəti nömrənin qayğısı ilə götür-qoy edir, məsləhətləşir, materiallar hazırlayırlar. Yəqin ki, çoxları da bu yazını elə iş yerlərində oxuyacaq. Bir-birlərini görəndə təbəssümlə təbrikləşəcək və Həsən bəy Zərdabinin, Üzeyir bəy Hacıbəylinin, Məmməd Əmin Rəsulzadənin…xatirəsinə dərin ehtiram hiss ilə işlərini görməyə, oxucuları ilə görüşməyə tələsəcəklər.

Kənan Novruzov,
BDU-nun jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi

P.S: Bütün müəllimlərimi, o cümlədən ilk müəllimim olan babam Əməkdar jurnalist Oqtay Bayramovu və tanıdığım və tanımadığım layiqli jurnalistlərin hər birini peşə bayramı münasibətilə təbrik edirəm. Daim qələminiz iti, sözünüz qüdrətli olsun!

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO