Gündəm 09.02.2023 11:25

Həsrətində olduğum Vətənə qayıtmaq əsas hədəfdir – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO

 

O, 1972-ci il sentyabrın 20-də Göyçə mahalının Ardanış kəndində dünyaya göz açıb. 1988-ci il noyabrın 5-də məcburiyyət qarşısında doğulub boya-başa çatdığı kəndi tərk edib, deportasiyaya məruz qalıb.

 

Bu gün jurnalist kimi fəaliyyət gösrtərən Ə.İbrahimov qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycandan söz açıb, strateji, zəngin təbiəti olan Göyçə ilə bağlı xatirələrini bölüşüb, uşaqlıq illərindən, kəndi tərk etməsindən, ermənilərin törətdiyi faciələrdən, ailəsinin deportasiyaya məruz qalaraq pərən-pərən düşməsindən danışıb, erməni terroruna məruz qalan şəcərəsindən söhbət açıb.

Ermənilər oraya sonradan gəliblər

Hamı bilir ki, ermənilər ora köçmədir. Bunu bütün faktlar, tarixçilər, erməni mənbələri çox aydın göstərir ki, ermənilər orada yaşamayıblar. O zaman kənddən avtomobillər, maşınlar rayona gedirdi, şüşəsini sındırırdılar. İrəvan şəhərinə gedənlər üçün çox çətin idi. Şəhərə yaxın olan Zəngibasar zonası azərbaycanlılardan ibarət olduğu üçün onlara daha böyük zülm verilib. Hətta onları enli, həcmi böyük olan borulara doldurub, iki tərəfini qaynaq edib yandırmışdılar. Belə faciələr baş vermişdi.

 

Mən 1988-ci ildə 10-cu sinifdə oxuyurdum. Həmin il noyabrın 5-də bacımın yoldaşı məni Şəmkirə, Yeni kəndə apardı. Atam evin sonbeşiyi rəhmətlik şəhid jurnalist Məhərrəm və ondan böyük qardaşım Ələsgəri Gədəbəyə əmimin yanına göndərdi. Böyük qardaşım Əkbər Saxalində hərbi xidmətdə idi, heç bir məlumat yox idi. Bacılarımın biri Bakıda, biri o rayonda, biri bu rayonda, biri də İrəvanda mühasibatlıq texnikumunda oxuyurdu. Onu da Xırdalana bacımın yanına göndərdilər. Ailəmiz pərən-pərən düşdü. Təsəvvür edin, ata-ana orda qalıb, biz hərəmiz bir yerdə, bir-birimizdən heç bir məlumat yoxdur.

 

O zaman yollarda bizi çox incitdilər, çox çətinliklə gəldik. Yolboyu yeznə göstərirdi ki, bax görürsənmi ermənilər maşını necə vurub, yandırıblar. Mən o mənzərəni görmüşəm. Nəhayət, biz 1989-cu ildə Bakıda bir yerə yığışa bildik. Böyük qardaşımız da əsgərlikdən gəldi.

Novruz bayramı bizim zonadakı kimi heç bir yerdə möhtəşəm keçirilmirdi

Dağın döşündə göyəm deyilən kol bitirdi. Biz o kolları elə yandırırdıq ki, Novruz bayramınız mübarək olsun! Aydın şəkildə oxunurdu. Bu mənzərə Göyçə gölünün o üzündən, Kəvərdən (indiki Kamo) aydın görünürdü, erməniləri dəhşət bürüyurdü.

Bu saz mənim genetik kodumdur. Bizim toplumun, Qərbi Azərbaycanın əksər mahallarının genetik kodu budur. Həmişə uşaqlarıma da bunu öyrədirəm. Çox maraq göstərirlər, ifa etmək istəyirlər.

Heç vaxt pessimist olmadım

Kəndimiz, evimiz, otaqlarımız, həyətimiz, məhəllələr, yollar, izlər, bulaqlar, kəndin sakinləri hamısı gözümün qabağındadır. Ana babam İsmayıl kişi 1918-20-ci illərdə daşnaklara qarşı mübarizədə xalq qəhrəmanı Məşədi Hümbət kişinin silahdaşı olub.

Ata babam Məhərrəm 1942-ci il sentyabrın 3-də Böyük Vətən müharibəsində qəhrəmancasına, rəşadət göstərərək Xarkov şəhərində həlak olub. Qardaşım Ələsgər 1-ci Qarabağ savaşında əlil olub, kiçik qardaşım Məhərrəm 2-ci Qarabağ savaşında jurnalist kimi peşə fəaliyyətini yerinə yetirərkən erməni terrorunun qurbanı olub, şəhidliyə ucalıb. İtkilərim çoxdur, bunu unuda bilmərəm. Amma pessimizmə də qapılmıram.

 

Prezidenti Göyçədə Novruz tonqalına dəvət edəcəyik

Millətin rəhbəri olanda, rəhbər millətini, xalqını sevəndə istənilən hədəfə nail olmaq mümkündür. Bunu tam əminliklə deyirəm. Bu gün Azərbaycan rəhbərinin strategiyası bəllidir. Mən indi hörmətli İlham Əliyevə, cənab Prezidentə necə təşəkkür etməyim ki, həsrətində olduğum Vətəni qarşıya hədəf qoyub. Bu hədəf üçün cənab Prezidentə gücümüz daxilində kömək etməliyəm, yerimi-yurdumu danışmalıyam, göstərməliyəm, xatırlatmalıyam, deməliyəm. Biz toplum olaraq ona dəstək olacağıq.

 

Hörmətli Prezident İlham Əliyev sərkərdə adını zatən 2-ci Qarabağ savaşında qazandı. İnşallah, onun Qərbi Azərbaycan uğrunda nailiyyətindən sonra sərkərdəmizi Göyçədə Novruz tonqalına dəvət edəcəyik. Bu, ən böyük arzumdur.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO