Elm və təhsil 09.05.2022 10:38

Heydər Əliyev – milli təhsilimizin xilaskarı

Mayın 10-da xalqımızın ümummili lideri, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. 

Rakus.az ulu öndərin doğum günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti 
Sultanəli Qurbanov və Lənkəran Dövlət Universitetinin müəllimi Azər Fərəməzovun qələmə aldığı “Heydər Əliyev – milli təhsilimizin xilaskarı” adlı məqaləsini təqdim edir. 

XX əsr bəşəriyyətə çox görkəmli şəxsiyyətlə, elm xadimləri, təcrübəli və  qətiyyətli rəhbərlər, dövlət başçıları bəxş etmişdir. Xoşbəxt xalqlardan biri olan Azərbaycan xalqımızın oğlu, bütün türk dünyasının fəxri Ulu Öndər Heydər Əliyev belə şəxsiyyətlər arasında görkəmli siyasi və dövlət xadimi tək önəmli yer tutmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuşdur.

Azərbaycanın 30 ildən artıq keçdiyi şanlı, şərəfli tarix, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində qazanılmış uğurlar, sürətli inkişaf, tərəqqi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər qədim tarixi, zəngin mədəniyyəti ilə həmişə qürur duyduğu doğma Azərbaycanı özünün uzaqgörən siyasəti və idarəçilik məharətilə zamanın ağır və sərt sınaqlarından şərəflə çıxartmışdır.

Ümummilli liderin azərbaycançılıq ideologiyasının formalaşmasında misilsiz xidmətləri tarixə qızıl hərflərlə yazılmışdır. Hələ XX əsrin 70-80-ci illərində milli özünüdərkin yüksəlişi başlanmış, ədəbiyyatımızda milli ruha, millət və xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı məsələlərə, dünya azərbaycanlılarının təşkilatlanmasına, soydaşlarımızla Azərbaycan arasında əlaqələrin qurulmasına xüsusi önəm verilmişdir.

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi ortaya çıxmışdır. Dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, azərbaycanlıların vahid məqsəd ətrafında birləşdirilməsi məhz ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir.

Müdrik rəhbərin düşünülmüş, uzaqgörən siyasəti sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də dövlətçilik təlimi kimi böyük nüfuz qazandı. Ümummilli liderin təhsil, mədəniyyət, səhiyyə, demokratiya və insan hüquqları, hərbi quruculuq, sosial-iqtisadi inkişaf sahəsində həyata keçirdiyi uğurlu siyasət ölkəmizin müstəqilliyinin sarsılmaz dayaqlarının möhkəmlənməsinə səbəb oldu.

1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev mövcud rejimin sərt qanunlarına baxmayaraq, milli mənafeyə xidmət göstərməklə Azərbaycanın intibahı və tərəqqisi, onun iqtisadiyyatının, elm və təhsilin yüksəldilməsi üçün böyük işlər görmüşdür. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyilə ali təhsil müəssisələrinin sayı 17-yə çatdırılmış, regionlarda müxtəlif profilli məktəblər açılmış, ümumilikdə təhsil alanların sayı dəfələrlə artmışdır.

Ulu Öndərin şəxsi nüfuzu və əlaqələri hesabına yüzlərlə azərbaycanlı gənc müvafiq ixtisaslara yiyələnmək üçün keçmiş SSRİ-nin 50-dən artıq mərkəzi şəhərlərinin 170 aparıcı ali elm və təhsil ocağına 250 ixtisas üzrə oxumağa göndərilmişdir. Hər il təhsil almaqdan ötrü respublikadan kənara 800-dən çox tələbə göndərilir.

“Təhsil millətin gələcəyidir” – deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə 1993-2003-cü illərdə də bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşıb. Müstəqillik illərində ulu öndərin Azərbaycan təhsilinə davamlı qayğısı sayəsində təhsilin bütün pillələrində yüksək nailiyyətlər əldə olunmuşdur. 1998-ci ildə “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” və 15 iyun 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində islahatlar haqqında Dövlət Proqramı”nın qəbul olunması barədə ümummilli liderin imzaladığı sənədlər ölkəmizdə milli təhsilin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiyasına göstərilən əvəzsiz qayğının parlaq nümunəsidir.

Ulu Öndər xalqımızın tarixinin, maddi-mədəniyyət abidələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına, elm, ədəbiyyat və  incəsənətin inkişaf etdirilməsinə böyük önəm vermişdir. Məhz onun milli təəssübkeşliyi, yorulmaz səyləri sayəsində Azərbaycan Qafqazın mədəniyyət mərkəzinə çevrilmişdir. 1993-2003-cü illərdə “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqında”, “Memarlıq fəaliyyəti haqqında” imzalanmış fərman və sərəncamlar bu sahəyə nə qədər əhəmiyyət verildiyinin bariz nümunəsidir.

Zəmanəmizin ən böyük azərbaycanlısı Heydər Əliyev 1994-cü il sentyabrın 20-də dünyanın inkişaf etmiş ölkələrinin böyük neft şirkətləri ilə ölkəmizin mənafeyinə xidmət edən “Əsrin müqaviləsi”ni imzalamağa müvəffəq oldu. Neftin, təbii qazın dünya bazarlarına çıxarılması istiqamətində irimiqyaslı layihələr həyata keçirildi. Tam əminliklə demək olar ki, ümummilli liderin titanik səyləri sayəsində 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, dinamik inkişaf və yüksəliş yoluna qədəm qoymuşdur.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin sürətli inkişafında elmin və təhsilin rolunu yüksək qiymətləndirir, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində çox böyük işlər görür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təhsilin inkişafını daim dəstəkləyir, Heydər Əliyev Fondunun vəsaiti hesabına yeni, müasir təhsil ocaqları tikilir, təhsilin maddi-texniki bazası gücləndirilir.

Ümummilli lider “Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir. Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram”, – deyirdi. Ulu öndərin əsasını qoyduğu milli təhsil strategiyasını uğurla həyata keçirən ölkə başçısı cənab İlham Əliyevin təhsilimizin inkişafına göstərdiyi yüksək diqqət və qayğı hər birimizi ürəkdən sevindirir və daha yaxşı işləməyə ruhlandırır.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO