Gündəm 12.06.2019 11:42

Heydər Əliyev xalqımızı xilas etdi – Əli Əhmədov

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov facebook səhifəsində “Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi” adlı məqalə yazıb.

Rakus.az yazını olduğu kumu təqdim edir.

 

AXC – Müsavat cütlüyünün cəmi 13 ay davam edən hakimiyyəti Azərbaycanı dövlət müstəqilliyini itirmək, ölkəni bölünmək, xalqı isə müsibətlər yaşamaq taleyi ilə üzbəüz qoydu. Ölkə xaos, anarxiya, dərəbəylik, özbaşınalıq girdabında boğulurdu. Sözün həqiqi mənasında yaşamaq uğrunda mübarizə gedirdi. Çörək növbələri 1993-cü il Azərbaycanda həyatın ən acı mənzərələrindən birinə çevrilmişdi. İnflyasiya 1000 faizlə ölçülürdü. Milli valyuta sözün əsl mənasında dəyərsiz kağız parçası olmuşdu. İqtisadiyyat bütünlüklə çökmüşdü. Vaxtilə minlərlə insanın çalışdığı fabrik və zavodlar sökülüb dəzgahları metal kimi dəyər-dəyməzinə xaricə satılırdı. İş o yerə çatmışdı ki, dəmir yol relsləri, tramvay xətləri, vaxtilə Azərbaycana böyük valyutalar gətirən şərab çənləri daşınıb xaricdə “əridilirdi”. Digər heç bir sahədə bacarıq göstərə bilməyən o zamankı hakimiyyətə cəmi bir il kifayət etdi ki, ölkəni bütünlüklə talan etsin”.

Ermənistanla müharibə vəziyyətində olan ölkədə nizami ordu yaradılmamışdı. Ayrı-ayrı qruplara, maraqlara, hətta siyasi partiyalara xidmət edən silahlı dəstələr ordunu əvəz edir, hərbi vəzifələrdən daha çox siyasi vəzifələrə qulluq göstərirdi. Silahlı güvvələr hakimiyyət savaşına cəlb olunmuşdu. Ermənilər isə bundan istifadə edib Azərbaycanın torpaqlarını zəbt etməkdə davam edirdi. Dövlətin və mərkəzi hakimiyyətin ifrat zəifliyindən istifadə edən məkrli qüvvələr separatçı hərəkata rəvac vermişdilər. Cənubda Talış-Muğan respublikası elan edilmiş, şimalda “Sadval” hərəkatı baş qaldırmışdı. Azərbaycanın parçalanması demək olar ki, artıq baş vermişdi. AXC-Müsavat hakimiyyəti bütünlükdə iflasa uğrayıb taqətini itirmişdi. Azərbaycanı acı tale gözləyirdi. Dövləti idarə edən siyasətçilərin görməli və qiymətləndirməli olduğu təhlükələri onlar deyil, müdrik Azərbaycan xalqı görür və qiymətləndirirdi. Xalq hökmünü vermişdi: Hakimiyyət dəyişməli, siyasətdə naşıları siyasətin nəhəngi əvəz etməlidir. Beləliklə, xalq Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycanın fəlakətdən, xalqın müsibətdən qurtulması naminə.

Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müasir tarixinin yeni mərhələsi başladı. Xaos, anarxiya aradan qaldırıldı, sabitlik təmin edildi, inflyasiya və iqtisadi tənəzzül cilovlandı, islahatlar həyata keçirildi, Azərbaycana firavanlıq gətirən neft strategiyası reallaşdı, nizami ordu yaradıldı, erməni təcavüzü dayandırıldı, separatizmin kökü kəsildi, Azərbaycanın bütövlüyü qorunub saxlanıldı.
Çörək növbələri, 1000 faizlik inflyasiya, separatizm, AXC-Müsavat hakimiyyətinin digər “şedevrləri” indiki gənclərə yəqin ki, fantaziya kimi gəlir. Ancaq bütün bunlar yaşadığımız tarixin qaranlıq bir parçasıdır. Daha dəqiq ifadə etsək, bizə yaşadılan bir tarix, bir müsibətdir. Əgər xalq vaxtında o zamankı hakimiyyəti devirməsəydi və siyasət nəhəngi Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan başqa bir tale yaşamağa məhkum olacaqdı. Yalnız Heydər Əliyevin sayəsində, onun müdrikliyi və 2003-cü ildən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan güclü, qüdrətli, firavan, təhlükəsiz dövlət və ölkə kimi tanınır və qəbul olunur. Ən başlıcası isə insanlar rahat yaşayır, gələcəyə ümidlə baxır. Ona görə də xalq 1993-cü ilin iyun ayında Heydər Əliyevin qayıdışını Milli Qurtuluş günü kimi qeyd edir.

Azərbaycan xalqı hər il böyük coşqu ilə Milli Qurtuluş bayramını qeyd etdiyi halda, 26-27 il bundan əvvəl ölkəni dəhşətli böhrana salaraq insanlara müsibətlər yaşadanların qalıqlarının indiki hakimiyyəti və bütünlükdə reallıqlarımızı yalan-böhtan əsasında tənqid etmələri istər-istəməz acı təbəssüm yaradır. Uğursuzların özlərini qəhrəman kimi göstərməsi tarixin ironiyasıdır. Lakin tarixi o tarixi yaşamış insanlara unutdurmaq mümkün deyil.

Milli Qurtuluş məfkurəsi Azərbaycanın qarşısında geniş perspektivlər açmışdır. Ölkəmizin uzun illər bu yolla gedəcəyinə və daha böyük uğurlar qazanacağına dərindən inanıram.

Milli Qurtuluş Günü bayramınız mübarək olsun!

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO