Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.
Rakus.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.
Məşqlərdə döyüş heyətləri “İldırım” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.