Hərbi 15.10.2019 18:59

HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsi açıldı - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 15-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ölkənin hava məkanına nəzarətin gücləndirilməsi və hava hədəflərinin vaxtında aşkar edilməsi üçün nəzərdə tutulmuş HHQ-nin ən müasir çoxməqsədli Radiolokasiya stansiyasının (RLS) idarəetmə məntəqəsinin açılışında iştirak ediblər.
RLS-in idarəetmə məntəqəsində quraşdırılan müasir avadanlıq və texniki vasitələrin taktiki-texniki xassələri ilə maraqlanan Müdafiə nazirinə məruzə edilib ki, burada yaradılan infrastruktur döyüş tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi üçün geniş imkanlar yaradıb. Bildirilib ki, RLS həm stasionar, həm də taktiki şəraitdən asılı olaraq mobil qaydada istifadə edilə bilər.

Qeyd olunub ki, İspaniya istehsalı olan və NATO standartlarına cavab verən bu RLS Alyans ölkələrinin ordularının silahlanmasında da yer alıb.

RLS-in texniki imkanlarının nümayişi zamanı bildirilib ki, radiolokasiya vasitələri təyyarə, helikopter, pilotsuz uçuş aparatı və qanadlı raketlər kimi aerodinamik hava obyektlərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müşayiətə götürülməsini təmin edir.

Sonra Müdafiə naziri müvafiq infrastrukturla təmin edilmiş ərazidə yerləşən qərargah, əsgər yataqxanası, yeməkxana, əşya anbarı, tibb məntəqəsi, camaşırxana, qazanxana, xidməti və inzibati otaqlar, eləcə də digər qurğu və avadanlıqlara baxış keçirib.

Məruzə olunub ki, burada yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında duran vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan verir.

  • HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsi açılıb (FOTO)
  • HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsi açılıb (FOTO)
  • HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsi açılıb (FOTO)
  • HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsi açılıb (FOTO)
  • HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsi açılıb (FOTO)
  • HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsi açılıb (FOTO)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO