Hidrogen yanacaqla işləyən “Toyota”nın yeni modeli buraxıldı
“Toyota” şirkəti hidrogen yanacağı ilə işləyən avtomobilin yeni modelini təqdim edib.
Rakus.az xəbər verir ki, bu, şirkətin ekoloji təmiz nəqliyyat vasitələri bazarında özünə yer qazanmaq üçün növbəti cəhdidir. Avtomobil həvəskarlarına təqdim edilən “Miray” modeli şirkətin 2014-cü ildə hazırladığı hidrogen yanacağı ilə işləyən ilk modelidir.
Yeni modelin daxili məkanının xeyli genişləndirilməsi nəticəsində 5 nəfərin yerləşdiyi bildirilir. Yeni modelin hərəkət uzaqlığı da üçdəbir qədər artırılaraq 700 kilometrə çatdırılıb.
Avtomobilin yeni modeli barədə məlumat verən Yoşikazu Tanaka deyib: “Ümid edirik ki, bu avtomobil bizi ekoloji cəhətdən təmiz enerji cəmiyyətinə daha da yaxınlaşdıracaq”.
“Miray” modelinin gələn ilin sonlarında bazara çıxarılması planlaşdırılır.