Ermənistan baş naziri yenə yalan danışır.
Rakus.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
“Ermənistan baş naziri yenə yalan danışır. Saat 08:04-dən etibarən Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başladılar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri saat 08:05-dən etibarən artilleriya və minaatanlarla qüvvələrimizə hücum edir”, – H.Hacıyev bildirib.