Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın humanitar atəşkəsi açıq şəkildə pozması ilə bağlı “Twitter”də paylaşım edib.
Rakus.az xəbər verir ki, H.Hacıyev düşmənin hücuma məruz qoyduğu əraziləri və istifadə etdiyi silahların siyahısını yazıb:
“18 oktyabr – humanitar atəşkəsin ilk günü: 00:00-dan etibarən Ermənistan yalnız mülki şəxslərə və yaşayış məntəqələrinə hücumlara başladı
– 5 bölgəyə 229 mərmi: Tərtərə 160, Ağdama 63, Goranboya 6
– 3 raket hücumu: 1-i Xızı rayonuna, 2-si Ağcabədinin Poladlı kəndinə
– bir hücum dronu”.