“Azərbaycanın möhtəşəm turizm mərkəzi sayılan və hərbi əməliyyatlar bölgəsindən çox uzaq olan Qəbələ şəhəri Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib”.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, SCUD tipli olduğu hesab edilən raketlər Ermənistanın Qafan və Cermuk rayonlarından atılıb.
“Ermənistanın dəliliyinin həddi-hüdudu yoxdur”, – Prezidentin köməkçisi əlavə edib.