Təhlil 09.08.2019 23:39

Hindistan Kəşmiri bölür – sakinlər etiraz edir – TƏHLİL - FOTO

Hindistan parlamenti Kəşmir bölgəsinə əhəmiyyətli muxtariyyət təmin edən xüsusi statusu ləğv edərək, ştatın bölünməsinə dair qətnaməni təsdiqləyib.

Rakus.az xəbər verir ki, Kəşmir regionunda ikinci gündür qadağan saatı kimi məhdudiyyətlər davam etdirilib. Əsgərlər paytaxt Srinaqarın boş qalmış küçələrinə nəzarət edir. İnternet, mobil və telefon rabitə vasitələri otuz ildir separatçılar tərəfindən zorakılıqlara səhnə olmuş bölgədə etirazların qarşısını almaq üçün bağlı olaraq qalıb.

Dehlidə solçu təşkilatların tərəfdarı olan yüzlərlə tələbə və Kəşmir sakini Hindistan hökuməti tərəfindən atılan addıma etiraz edərək, bunu Kəşmir xalqına qarşı qəddarlıq adlandırıb.

Qətnamənin Hindistan parlamentinin aşağı palatasında böyük əksəriyyətlə qəbul edilməsi baş nazir Narendra Modinin Kəşmir məsələsi və rəqib Pakistanla münasibətlərdə daha sərt mövqe tutacağına dair mesaj kimi qiymətləndirilir. Hindistan və Pakistan arasında Himalay dağlarındakı Kəşmir bölgəsi ilə bağlı illərdir ərazi mübahisəsi davam edir.

Hindistan hökumətinin bu addımı ilə Bharatiya Canata Partiyasında millətçilərin Kəşmirin öz konstitusiyasına malik olmasına və xarici işlər, müdafiə və kommunikasiyalar istisna olmaqla, bütün başqa məsələlərdə öz qanunlarını tərtib etməyə imkan verən konstitusiyadakı maddəyə son qoyulmasına dair uzun müddətdir verdiyi vədlər yerinə yetirilmiş olur.

Regionun xüsusi statusunun ləğv edilməsinin tərəfdarı olan qrup isə hökumətin qərarına dəstək olaraq mitinq keçirib.

Kəşmir həmçinin iki federal inzibati əraziyə bölünəcək və Dehlinin regiona faktiki olaraq nəzarəti gücləndiriləcək. Bu ərazilərdən biri müsəlmanların əksəriyyətdə olduğu Kəşmir vadisi və hindlilərin çoxluq təşkil etdiyi Cammu, digəri isə buddistlərin əksəriyyətdə olduğu Ladaxdır. Hindistanın bütün qanunları bundan sonra Kəşmirə tətbiq olunacaq.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO