Hindistanda 8 nəfər öldü – vətəndaşlıq qanununa etiraz – TƏHLİL - FOTO
Hindistan polisi cümə artıq üçüncü gündür səkkiz nəfərin ölümü və 1200-dən çox insanın həbsi ilə nəticələnən etirazların qarşısını almaq məqsədi ilə Yeni Dehli və digər şəhərlərdə toplaşmalara qadağa qoyub və internet xidmətlərini kəsib.
Rakus.az xəbər verir ki, etirazlar yeni vətəndaşlıq qanunu hədəf alıb. Əleyhdarlar deyir ki, qanun Hindistan demokratiyasının dünyəviliyinə xələl gətirir. Hindistan boyu yeni qanuna etiraz məqsədilə bir neçə nümayiş planlaşdırılıb.
Bəziləri yeni qanunun müsəlmanların əleyhinə olduğunu düşünsə də, baş nazir Narendra Modinin Bharatiya Canata Partiyasının üzvləri daxil olmaqla bəzi hindu mühafizəkarlar bunun Hindistana daha çox insanın immiqrasiya etməsinə gətərib çıxaracağından narahatdır.
Kugelman deyib ki, hökümətin etirazlara cavabı və siyasi rəqiblərini bu etirazları təşkil etməkdə ittiham etməsi “etirazçıları daha çox hərətəkə gətirəcək”
Hindistan paytaxtının bəzi hissələrində, şimal-şərqi Assam ştatı və şimal Uttar Pradeş ştatının bəzi şəhərlərində üç gündür dörd nəfərdən çox insandan ibarət qrupların toplaşmasına qadağa tətbiq edilib.
Hələ ki, səkkiz nəfərin öldüyünə dair xəbər yaylıb. Onların beşi Assamda, ikisi isə cənub Karnataka ştatında həyatını itirib.
Hüquq mühafizə orqanları Yeni Dehli, Laknau və müsəlmanların çoxluq təşkil etdiyi digər ərazilərdə cümə namazından sonra genişmiqyaslı nümayişlərin qarşısını almağa çalışıb.
Polis cümə günü Yeni Dehlidə 1200 etirazçını müvəqqəti həbs edib. Digər şəhəhlərdə də toplaşmağa tətbiq olunan qadağını pozduqlarına görə yüzlərlə insan həbs edilib.
Tənqidçilər deyir ki, bu qanun baş nazir Narendra Modinin millətçi hindu hökümətinin Hindistanın 200 milyon müsəlman əhalisini təcrid etmək səylərinin bir hissəsidir.
Modi isə bunun humanitar jest olduğunu söyləyir.