Sosial 18.02.2025 15:00

Hümbət Hüseynov bələdiyyə sədri seçilib

Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin fevralın 17-də ilk iclası keçirilib.

Rakus.az xəbər verir ki, iclasda Azərbaycan Konstitusiyasının 144-cü maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən, bu il yanvar ayının 29-da keçirilmiş VI çağırış bələdiyyə seçkilərində Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü seçilmiş Hüseynov Hümbət Rəhim oğlu “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə uyğun olaraq  yekdilliklə bələdiyyə sədri seçilib.

Hüseynov Hümbət Rəhim oğlu 03 dekabr 1963-cü ildə anadan olub. 1981-1986-cı illərdə Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini bitirib. 1994-1999-cu illərdə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini başa vurub. Əmək fəaliyyətinə 1986-1991-ci illərdə Q.Musabəyov adına maşınqayırma zavodunda mühəndis-texnoloq kimi başlayıb. 1993-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətində başçının köməkçisi, 2000-2004-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində Hüquq şöbəsində mütəxəssis vəzifəsində çalışıb. 2004-cü ildə respublikada keçirilən II çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilıb. 2006-cı ildən 2009-cu ilədək bələdiyyə sədrinin iqtisadi məsələlər üzrə müavini, sədr əvəzi və sədri vəzifələrinə seçilib. 2009-cu ildə respublikada keçirilən III çağırış, 2014-cü ildə IV çağırış bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilıb və bələdiyyə sədri olub. 2012-ci ildə və 2015-ci ildə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri seçilib. Eyni zamanda, Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür. Texnika elmləri namizədidir. Alman, rus və türk dillərini bilir. Ailəlidir, üç övladı var.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO