Siyasi 23.08.2024 19:30

Hümbət Hüseynovun seçicilərlə növbəti görüşü - FOTO

Bu il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Hümbət Hüseynovun YAP Binəqədi rayon təşkilatının ofisində seçicilərlə növbəti görüşü keçirilib.

Rakus.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, bugünkü müstəqil, qüdrətli və inkişaf etmiş Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir: “Məhz Ümummilli Liderin Azərbaycanın idarəçiliyinə yenidən qayıdışından sonra dövlətimiz üçün yeni dövrün başlanğıcı qoyuldu. Bu siyasi xətlə bu günədək uğurla inkişaf edir və tərəqqi yoluna qətiyyətlə addıımlayırıq. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişafımız daha da sürətlənib, tarixi torpaqlarımızın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüz tam bərpa edilib”.

Sonra V. İsmayılov deputatlığa namizəd Hümbət Hüseynov haqqında məlumat verib.

Görüş iştirakçılarından İman Abdıyev, Ağabala Musayev, Rafiq Rzayev və digərləri çıxışlarında bildiriblər ki, növbədənkənar seçkilər həqiqətən də günü-gündən inkişaf edən respublikamızın həyatında mühüm rol oynayacaq. Onlar qeyd ediblər ki, yenilənəcək parlamentə seçiləcək deputatların hər biri həqiqətən də orada onların vəkili olmaqla, yerlərdəki problemlərin həllinə kömək edəcəklər. Çıxış edənlər xüsusi vurğulayıblar ki, heç bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız qarşısındakı xidmətlərini unutmamalı və bu siyasi kursun davamı üçün daim dəstək olmalıdır.

Onlar seçkilərdə öz ailələri ilə birlikdə YAP nümayəndəsinə səs verəcəklərini qeyd edərək digər  seçiciləri də YAP-ın namizədinə səs verməyə çağırıblar. 

Görüşdə deputatlığa namizəd Hümbət Hüseynov bildirib ki, dövlət başçısı İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu regional iqtisadi layihələrin gerçəkləşməsi nəticəsində ölkəmizin iqtisadi gücü daha da artıb, bütün sahələrin inkişafına əsaslı zəmin yaranıb. Artıq Azərbaycan nefti və qazı dünyanın bir çox ölkələrinə ixrac olunmaqla ölkəmiz regionun və Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır. Bu uğurlarımız bütün sahələri əhatə edir və bu, qürurvericidir. O qeyd edib ki, YAP bu il növbədənkanar seçkilərə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir və həqiqətən də dünya dövlətləri sırasında yeni Azərbaycanın xüsusi yeri vr.

O, səsvermə hüququ olan bütün vətəndaşlarımızı seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO