Siyasi 05.12.2024 16:56

İbrahim Bayramov: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq”

“Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans mühüm siyasi, ictimai əhəmiyyətə malikdir. Bu konfrans öz ata-baba yurdundan, tarixi torpağından deportasiya olunan, fiziki-mənəvi zorakılığa məruz qalan, əcdadlarının məzarlarını belə ziyarət edə bilməyən soydaşlarımızın Vətənə qayıtmaq hüququnun reallaşdırılması yolunda növbəti bir addımdır”

Rakus.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru, Əməkdar müəllim İbrahim Bayramov bildirib.

O qeyd edib ki, 5 dekabr Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür.

Alimin sözlərinə görə, bu illər ərzində Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlı zorla qovulub, etnik təmizləməyə məruz qalıb: “Qərbi Azərbaycan İcması 5 dekabr soydaşlarımızın deportasiyasının anım günü ilə bağlı 2023-cü ildə ilk konfransı təşkil edib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan həmin beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi. İndi isə Qərbi Azərbaycan İcması Bakıda “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfrans keçirir. İki gün davam edəcək və əsasən Qərbi azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququ üzərində fokuslanan tədbirə 51 ölkədən 105 xarici iştirakçı qatılıb. Tədbirdə Qərbi Azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə edilir”.

Professor İ.Bayramov vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin konfrans iştirakçılarına müraciəti, bu müraciətin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən tədbir iştirakçılarına çatdırılması dövlət səviyyəsində bu konfransın işinə verilən ən böyük dəstəkdir. O, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin, Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri, deputat Mövlud Çavuşoğlunun və digərlərinin çıxışlarının maraqla qarsalandığını dilə gətirib: “Digər çıxış edənlər də Qərbi azərbaycanlıların pozulmuş hüquqlarından bəhs etdilər, soydaşlarımızın geriyə qayıtması üçün beynəlxalq ictimaiyyətinin dəstəyinin vacib olduğunu vurğuladılar. Onu da bildirim ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik təmsil olunur. Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul edildi. Beynəlxalq konfrans günün sonuna kimi və sabah da işini panel sessiyalarla, İcma nümayəndələrinin iştirakı ilə çoxsaylı görüşlərlə davam etdirəcək. Hesab edirəm ki, bu kimi beynəlxalq konfranslar həqiqətlərimizin dünyaya çatdırılması, soydaşlarımızın 30 ildən artıqdır pozulan hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq. Bu proses beynəlxalq hüquqa əsaslanaraq, sülh yolu ilə, dinc şəkildə həyata keçməlidir”.

XƏBƏR LENTİ
Gündəm, Siyasi / 05.12.2024 17:31
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü – YENİLƏNİB - FOTO
Siyasi / 05.12.2024 16:56
İbrahim Bayramov: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq”
Siyasi / 05.12.2024 14:10
İrəvanın götürəcəyi öhdəliklər – ANONS
Gündəm / 05.12.2024 09:24
İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Siyasi, Sosial / 05.12.2024 08:05
Deputatdan təklif: “Qərbi azərbaycanlı qaçqınlar “vətən qaçqını” adlandırılsın”
Elm və təhsil, Mədəni / 04.12.2024 22:39
“Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtdılar” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 04.12.2024 13:33
“Çar Rusiyasının İrəvan siyasəti” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.12.2024 22:29
Ayazlı saray, Ayarlı, Ayaslı, Ayğırgöl, Ayğırgöl – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 03.12.2024 18:30
“Sovet dərsliklərində heç vaxt İrəvan xanlığının adı çəkilməyib” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.12.2024 14:22
Ermənistan parlamentinin Ayarlı qərarı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 03.12.2024 13:12
İrəvan memarlığının incisi necə məhv edilib – ANONS - VİDEO
Dünya, Siyasi / 03.12.2024 11:14
Gürcüstan inqilab astanasında - FOTO - VİDEO
Müsahibə / 02.12.2024 21:41
“SSRİ dövründə 20 min km² Azərbaycan ərazisi Ermənistana qanunsuz verilib” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 02.12.2024 13:44
Manqurt – şüursuz kölə nəzəriyyəsində Çingiz Aytmatov ucalığı – Qoşqar Vəli yazır
Mətbuat, Siyasi / 01.12.2024 17:41
Paşinyanın müharibə planına “Tbilisi” baryeri - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 30.11.2024 20:45
“Qərbi Azərbaycanda qışa hazırlıq adətləri və mərasimləri” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 30.11.2024 14:52
“Qışda düyü yeyilmirdi…” – ANONS - VİDEO
Siyasi, Sosial / 29.11.2024 22:07
“Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər” - FOTO - VİDEO
Mətbuat, Siyasi / 29.11.2024 17:50
Cənubi Qafqazda kölgə oyunu - FOTO - VİDEO
Siyasi, Sosial / 29.11.2024 13:33
“Kruqlaya Şişkadan uzanan qaçqınlıq yolu” – Vüqar Hacıyevin “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 28.11.2024 22:40
Paşinyan Qərbi Azərbaycanla “Qərbi Ermənistan” iddiasını niyə eyniləşdirir? - FOTO - VİDEO
İdman / 28.11.2024 17:59
Yeddi yaşlı Miryusifin Tbilisidə karate uğuru - FOTO
Siyasi, Sosial / 28.11.2024 15:58
Qayıdış hüququ mövzusunda 2-ci beynəlxalq konfrans keçiriləcək
Siyasi, Təhlil / 28.11.2024 14:34
Azərbaycanlılar qayıdır – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 27.11.2024 22:26
“Rusiya iki türk imperiyaları Osmanlı və Qacarlar arasında erməni bufer zonası yaratdı” - FOTO - VİDEO
Elm və təhsil / 27.11.2024 15:11
“Könüllü kimi ilk fəaliyyətim COP29-da başlayıb” – Aişə Yaqubova - FOTO