İftar zamanı bu qidalardan yeyin – MƏSLƏHƏT - FOTO
İftar zamanı qidalara diqqət etmək mümühm şərtdir.
Rakus.az xəbər verir ki, evdə hazırlanması mümkün olan yeməklər həm süfrənizi rəngarəng edər, həm də keyfiyyət baxımından faydalı olar.
Bu məqsədlə hazırlaya biləcəyiniz reseptləri təqdim edirik:
Qozlu əriştə
Ərzaqlar:
1 paket hazır əriştə
1 qəhvə fincanı çəkilmiş qoz
1 stəkan rəndələnmiş parmezan pendiri
3 xörək qaşığı çörəkotu
12 yarpaq nanə
1 xörək qaşığı zeytun yağı və 20 qram kərə yağı
Duz zövqə görə
Hazırlanması:
Nanəni doğrayın, qoz, pendir, şörəkotu qatıb qarışdırın. Əriştəni qaynayan suya töküb, zeytunyağı əlavə edib bişirin. Bişdikdən sonra süzün. Kərəyağını əridib əriştənin üstünə töküb 12 dəqiqə qarışdıra-qarışdıra bişirin. Oddan götürdükdən sonra üzərinə nanəli qarışığı əlavə edin. isti-isti süfrəyə vermək lazımdır.
Bahar salatı
Ərzaqlar:
7-8 ədəd təzə soğan
1 ədəd kahı
Yarım stəkan təzə kəklikotu
1 yaşıl bibər
1 balaca dəstə şüyüd
Bir yarpaq zəncirotu
1 dəstə turp
1 dəstə cəfəri
Yarım dəstə qırmızı gül kələm
Yarım dəstə reyhan
10-12 yarpaq quzuğulağı
2-3 dilim hellim pendiri
Sous üçün:
Zeytun yağı
Limon
Tuz və qaraistiot
Hazırlanması:
Göyərtiləri doğrayın, turpu balaca doğrayıb əlavə edin. Sous da töküb, qarışdırın. Axırda qızartdığınız hellim pendirini əlavə edin.
Çiyələkli limonat
Ərzaqlar:
1 kq. çiyələk
3 ədəd büyük limon
1 stəkan şəkər tozu
1 lt. su
Hazırlanması:
Çiyələkləri təmizləyib, yuyun. Qabığını təmizlədiyiniz limon və çiyələyi blenderdən keçirin. Su və şəkər tozunu əlavə edin. Qarışdırın və 1 saat saxlayın. Daha sonra süzgəcdən keçirib süfrəyə verin.