Siyasi 25.07.2024 21:36

İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Prezident Ermənistan qarşısında konkret Qərbi Azərbaycan tələbini qoydu” adlı süjetdə Prezident İlham Əliyev iyulun 20-də keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusundakı 2-ci Şuşa Qlobal Media Forumunda Qərbi Azərbaycanla bağlı mühüm bəyanatlarına, o cümlədən  “Azərbaycanlıların öz torpaqlarına – Qərbi Azərbaycana qayıdacağı gün mütləq gələcək” mesajına yer verilir.

Bildirilir ki, Prezident İlham Əliyev heç vaxt nəyisə ritorika xatirinə, yaxud ictimai rəyə hesablanmış formada dilə gətirmir: “O, deyir və edir. Qarabağ zəfəri bunun bariz nümunəsidir. Prezident beynəlxalq ictimaiyyətə Qərbi Azərbaycanla bağlı həqiqətləri, eləcə də soydaşlarımızın evlərinə qayıdışın “yol xəritəsini” təqdim etdi. Bununla yanaşı, Ermənistan rəhbərliyi qarşısında konkret tələblər qoydu. İndi top Ermənistanın meydançasındadır. Rəsmi İrəvan Qərbi Azərbaycana qayıdışı qəbul etməlidir, əks təqdirdə, sülhdən və regional əməkdaşlıqdan bəhs etmək çətin görünür. Bu halda Ermənistanın bölgədə dövlət kimi mövcudluğu perspektivi də sual altına düşəcək”.

Qeyd olunur ki, forumda Qərbi Azərbaycanla bağlı verilən mesajlar Ermənistanda ciddi müzakirələrə səbəb olub. Erməni şərhçi Artuq Martirosyan deyib ki, azərbaycanlıların Qərbi Azərbaycanda məskunlaşması Əliyevin son hədəfidir: “İlham Əliyev 44 günlük müharibədən sonra – son 4 ildə Qərbi Azərbayandan danışır. Ermənistan hakimiyyəti isə reaksiya vermir. Bildirirlər ki, azərbaycanlıların qayıtmasından danışsalar, biz də ermənilərin Azərbaycana qayıtmasından danışarıq. Lakin qayıtmaq istəyən erməni olacaqmı? Bu, problemli məsələdir. Azərbaycanlılar isə qayıdacaqlar. Əliyev də son nöqtəni qoyur: təkcə ərazi və dəhliz yox, həm də azərbaycanlıların qayıtmasına nail olmağa çalışırlar. Əgər bu baş verərsə, bir müddət sonra azərbaycanlılar Ermənistanın siyasi proseslərində aktiv iştirakçıya çevriləcəklər”.

Erməni tarixçi Qaqik Hambaryan isə hesab edir ki, Paşinyan Əliyevin bütün tələblərini icra edəcək: “Əliyev azərbaycanlıların qayıtmasını və onlara daxili muxtariyyətin verilməsini tələb edir. Həmçinin, azərbaycanlıların qayıdışından sonra Ermənistanda region ölkələrin nümayəndələrindən ibarət sülhməramlılar yerləşməli, onların təhlükəsizliyini təmin etməlidir. Bu ölkələr arasında Türkiyə də var”.

Sonda vurğulanır ki, Şuşa Forumunda səslənən fikirləri Qərbi Azərbaycana qayıdışa nail olmaq istiqamətində mühüm hadisədir: “Qarabağ zəfərini qazanan Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan mesajını məhz azad edilmiş torpaqlardan – Şuşadan verməsi bu mübarizədən də qalib çıxacağımızın müjdəsidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyulun 25-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO