Siyasi 01.05.2025 22:59

Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin əsas həlledici ölkəsinə çevrilib - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “İlham Əliyevin həmləsi Ermənistanda təşviş yaradıb” adlı süjetdə Azərbaycan-Çin münasibətlərinin inkişafı fonunda Zəngəzur dəhlizinin açılması perspektivinin güclənməsinin Ermənistanda narahatlıqla izlənilməsindən bəhs olunur.

Bildirilir ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri, Azərbaycan liderinin Pekində yüksək səviyyədə qəbul edilməsi və Avrasiyanın yüksələn gücünün Bakıya tam dəstək ifadə etməsi erməniləri qorxuya salıb: “Azərbaycan-Çin münasibətlərində Avrasiyanın gələcəyini müəyyən edəcək nəqliyyat şəbəkələrinin rolu xüsusilə əhəmiyyətlidir. 2013-cü ildə Pekin tərəfindən irəli sürülən nəhəng “Bir kəmər, bir yol” layihəsinin Çini supergücə çevirə biləcək potensiala malik meqaplan olmaqla yanaşı, Avrasiyanın gələcək 50 illik siyasi-iqtisadi münasibətlər sistemini də formalaşdıracağı proqnozlaşdırılır. Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin əsas həlledici ölkəsinə çevrilib və Pekinin Bakıya verdiyi önəmin təməlində bu amillər də dayanır. Orta dəhlizin perspektiv imkanlarını gücləndirmək üçün Zəngəzur dəhlizi layihəsi də reallaşmalıdır”.

Qeyd olunur ki, Zəngəzur dəhlizi Orta dəhlizin Cənubi Qafqaz habında alternativ keçid rolunu oynayır: “Avrasiyanın yüksələn gücü olan Çin Zəngəzur dəhlizinin açılmasında Azərbaycanı dəstəkləyir və bu, Bakının dəhliz məsələsində irəliyə doğru növbəti addımı kimi dəyərləndirilə bilər. Ermənistanda narahatlıq yaradan əsas məqam da məhz budur”.

Erməni ekspertlər Qarnik Davtyan, Vahe Davtyan bildiriblər ki, Azərbaycan Çinlə güclü əlaqələrə malik olmaq baxımından Ermənistanı qabaqlayıb və bu, Zəngəzur dəhlizinin perspektivlərini gücləndirir: “Azərbaycan son illər Çinlə münasibətləri öz xeyrinə xeyli inkişaf etdirib. Bu, Ermənistanı narahat etməlidir, çünki dəhlizin açılması həm də Çindən asılıdır və Pekin Tehranla əlaqələrindən istifadə edərək, İranın dəhlizlə bağlı möveyinə təsir edə bilər. Rəsmi Bakı “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Zəngəzur dəhlizini lojistik infrastrukturun tərkib hissəsi kimi təqdim edir. İlham Əliyevin Pekinə səfəri zamanı bu məsələdə razılaşma əldə olunduğu görünür və Azərbaycan bununla Zəngəzur dəhlizinə doğru daha bir addım atdı”.

Sonda vurğulanır ki, Prezident İlham Əliyevin Çin səfərinin dərin strateji hədəflərinin olduğu aydın görünür: “O da aydındır ki, Avrasiyada əsas gücə çevrilən Çinin Azərbaycana tam dəstək verməsi Zəngəzur dəhlizi layihəsinin reallaşmasını sürətləndirəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında mayın1-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 01.05.2025 22:59
Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin əsas həlledici ölkəsinə çevrilib - VİDEO
Təhlil / 01.05.2025 14:53
Azərbaycan Zəngəzura yaxınlaşır – ANONS - VİDEO
Sosial / 01.05.2025 14:19
AHİK ilə ƏƏSMN nümayəndələrinin görüşü olub - FOTO
Elm və təhsil / 30.04.2025 22:50
“Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır” - VİDEO
Elm və təhsil / 30.04.2025 13:48
Naxçıvan adı çeçen dilindədir” – ANONS
Siyasi, Sosial / 29.04.2025 22:50
Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi, Video müsahibə / 29.04.2025 18:53
“1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”
Sosial / 29.04.2025 14:36
Ermənilərin saxta keçmiş düzəltmə sirri – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 29.04.2025 13:40
“Zəngəzuru daşnaklara bolşeviklər verdi” – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 28.04.2025 22:34
“Göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir” - FOTO - VİDEO
Mədəni / 28.04.2025 19:33
Bayrağımız şagirdlərin qəlbində ucalır - FOTO
Siyasi, Sosial / 28.04.2025 18:52
Hümbət Hüseynov TDBB-nin 7-ci qurultayına qatılıb - FOTO
Siyasi, Təhlil / 28.04.2025 17:15
Brüssel-Bakı münasibətlərdə yeni səhifə açılır - FOTO - VİDEO
Mədəni / 26.04.2025 22:32
“Aşıqlara ağlasığmaz işgəncə verilirdi” - VİDEO
Siyasi, Sosial / 25.04.2025 22:10
“Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.04.2025 13:26
“Ermənilər əmimi qətlə yetirdilər” – Məcid Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.04.2025 22:48
“Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib” - VİDEO
Siyasi / 24.04.2025 13:43
Göyçədə ərazilərin qaytarılmasına hazırlıq gedir – ANONS
Elm və təhsil / 23.04.2025 22:59
“Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır” - VİDEO
İqtisadi, Siyasi / 23.04.2025 17:09
“Vahid Çin siyasəti”nin dəstəklənməsi Azərbaycanın üzərinə hansı öhdəlikləri qoyur? - FOTO - VİDEO
Elm və təhsil / 23.04.2025 14:50
Türklər Altaydan gəlmə deyil – ANONS - VİDEO
Siyasi, Sosial / 22.04.2025 22:54
Aslan xaraba, Asnı, Atqız, Atqoç, Artdaş, Atdaş – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 22.04.2025 18:30
“Ermənilər düşünürlər ki, biz Ermənistana qayıtsaq, onlar ikinci plana keçəcəklər” - FOTO - VİDEO
Sosial / 22.04.2025 14:45
“Asnı” tayfa adından yaranan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 22.04.2025 14:02
“Ermənilər yunanları da qovdular” – ANONS - FOTO - VİDEO
Gündəm / 22.04.2025 10:15
“Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi” - VİDEO