Gündəm 09.02.2024 15:00

“İlham Əliyevin qələbəsi xalqın istəyinin, səmimi seçiminin ifadəsidir” – MÜSAHİBƏ

Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli YAP.ORG.AZ-a müsahibə verib.
Rakus.az müsahibəni təqdim edir:

– Əli müəllim, 7 fevralda ölkəmizdə keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə inamlı qələbə qazandı. Bu tarixi qələbəni şərtləndirən amillərlə bağlı fikirlərinizi bilmək istərdik…

– Fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin inamlı qələbəsi bütövlükdə cəmiyyətin və xalqın arzu və istəyinin, səmimi seçiminin ifadəsidir. Belə ki, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 ildən artıq dövr ərzində müstəqil Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin siyasi kursu zamanın çağırışlarına uyğun olaraq bütün istiqamətlərdə daha mükəmməl şəkildə davam etdirilib. Bu dövrdə demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərin qorunmasında və hüquqi dövlət quruculuğu yolunda ciddi nəticələr əldə olunub, dinamik sosial-iqtisadi tərəqqi dönməz xarakter alıb. Hesab edirəm ki, bu, Yeni Azərbaycan Partiyasının namizədi kimi cənab İlham Əliyevin  seçkilərdə inamlı qələbəsini şərtləndirən əsas amillərdən biridir.

İkincisi, xalqın etimadına və ordumuzun qüdrətinə arxalanan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz siyasi iradəsi və qətiyyəti sayəsində 2020-ci ilin noyabrın 8-i Azərbaycanın son 200 ildə əldə edə bilmədiyi Zəfər tarixi  kimi əbədi olaraq təqvimə yazıldı: 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik erməni işğalından azad edilmiş Qarabağ torpaqları öz sahiblərinə qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Ötən ilin sentyabrında isə bir günlük lokal antiterror tədbirləri nəticəsində Qarabağda yuva salmış separatizmin kökü birdəfəlik kəsildi, Azərbaycanın suverenliyi və konstitusiya quruluşu bütün ölkə ərazisində tam şəkildə bərpa edildi. Xalqın özgüvənliyi və milli qüruru özünə qayıtdı. Azərbaycan qalib ölkə kimi beynəlxalq aləmdə heç zaman olmadığı kimi böyük nüfuz və mövqe əldə etdi. Bu, əfsanələrin reallığa çevrilməsi kimi heç nə ilə müqayisə edilməz dərəcədə bənzərsiz tarixi nailiyyətdir.

O da mübaliğəsizdir ki, Azərbaycan seçicisi həyata keçirilən köklü islahatların müsbət nəticəsini görür, obyektiv dəyərləndirir və ona Azərbaycanın yeni şərəfli tarixinin və möhtəşəm tarixi uğurların müəllifi kimi inam və rəğbət bəsləyir. Ona görə də öz seçimi ilə sağlam məntiqdən çıxış edən xalq bölgədə yaranmış yeni geosiyasi reallıqların və yeni tarixin çağırışları fonunda  Azərbaycanı növbəti uğurlara aparan yola yalnız cənab İlham Əliyevin rəhbərliyi altında davam  edə biləcəyinə əminliyini ifadə etmiş oldu.

– Prezident seçkilərini müşahidə edən nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələri təmsil edən çoxsaylı müşahidəçilər ölkəmizin demokratik ənənələrə sadiq olduğunu, səsvermə prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlmədiklərini vurğulayıblar. Bu barədə nə deyə bilərsiniz?

– Tam azad, demokratik və ən yüksək beynəlxalq standartlara uyğun şəraitdə keçən bu seçkiləri çoxsaylı yerli və beynəlxalq müşahidəçilər izləmişlər. Onların seçki kampaniyasının təşkili, prosesə hazırlıq səviyyəsi, namizədlər üçün geniş, eyni zamanda bərabər imkanların yaradılması, seçicilərin azad və sərbəst şəkildə səs vermələri üçün yaradılmış şəraitlə bağlı rəsmi rəyləri belə bir qənaət yaradır ki, demokratik ənənələrə sadiq olan Azərbaycan seçki demokratiyasının inkişafında əvvəlki dövlərdən daha yüksək səviyyəyə yüksələ bilmişdir. Təsadüfi deyil ki, beynəlxalq ekspertlərin bir çoxu bu seçkiləri hətta ən inkişaf etmiş ölkələr üçün nümunə sayılacaq qədər yüksək qiymətləndirmişdir.

Seçkilərin nəticələrinə gəlincə, nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələri təmsil edən çoxsaylı müşahidəçilər tərəfindən bununla bağlı səslənən fikirlər və mətbuata verilən bəyanatların ruhu seçkilərin məhz qanunçuluğa hörmət və ədalət prinsipi əsasında keçdiyinin bariz göstəricisidir. Digər namizədlərin YAP-ın namizədi cənab İlham Əliyevi parlaq qələbə münasibətilə təbrik etmələri siyasi mədəniyyət nümunəsi olmaqla yanaşı, həm də səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının daha bir təsdiqidir. Bu, həm də ölkəmizin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirilən qətiyyətli siyasətə milli həmrəylik nümunəsi olaraq cəmiyyətin bütün təbəqələri tərəfindən verilən yüksək qiymətin və dəstəyin əyani təzahürüdür.

– İctimai fikirdə belə bir gözlənti və əminlik var ki, Zəfər seçkiləri növbəti tarixi qələbələrin başlanğıcı olacaq. Qalib xalqın qalib Lideri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni hədəfləri hansılardır?

– 7 fevral növbədənkənar prezident seçkiləri Azərbaycanın yeni müstəqillik tarixində ilk dəfə olaraq  bütün ölkə ərazisini əhatə edən seçki kimi tarixin yaddaşına yazıldı. Əlbəttə, tam məntiqlidir ki, hər seçkidən sonra ölkə qarşısında yeni hədəflər müəyyənləşir, yeni inkişaf mərhələsi başlayır.  Heç şübhəsiz, bu seçkilər bundan əvvəlki prezident seçkilərinin keçirildiyi dövrlərdən fərqli cəhətləri ilə seçilir. Yeni geosiyasi reallıqlar və sülh şəraitində formalaşan növbəti inkişaf və bərpa-quruculuq mərhələsində nəzərdə tutulan fəaliyyət proqramı üçün demokratik hüquqi baza, möhkəm təməl rolunu oynayacaq bu seçkilər yeni yol xəritəsinin start nöqtəsi rolunu oynayacaq.

Ölkədə tam müasir və dünya standartlarına cavab verən keyfiyyətcə yeni islahatların həyata keçirilməsi, xüsusilə dövlət quruculuğu sahəsində daha mükəmməl idarəetmə modelinin tətbiqi üçün yeni imkanlar yaranacaq. Bir sözlə, Azərbaycan dövləti və xalqı bu gün cənab İlham Əliyevin Liderliyi ilə  yeni, möhtəşəm uğurlara imza atmaq əzmindədir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO