Müsahibə 27.01.2025 22:39

“İlk erməni partiyalarının proqramında terrorçuluq əsas yer tuturdu” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Kərimzadə olub. O, 1905-ci il inqilabından sonra Çar Rusiyasının erməni daşnaklarını silahlandırmasından, onları azərbaycanlı əhaliyə qarşı yönəltməsindən söhbət açıb.

Tarixçi-alim qeyd edib ki, Qafqazda yaşayan yerli əhalinin sıxışdırılması, müxtəlif təzyiq və təhdidlərə məruz qoyulması, köçürülməsi, hətta öldürülməsi 19-cu əsrdə yaradılan erməni partiyalarının proqramının əsasını təşkil edib. Onun sözlərinə görə, ilk erməni partiyalarının proqramında terrorçuluq əsas yer tutub. O dövrdə Çar Rusiyasından hərtərəfli dəstək alan ermənilər Qafqazda dəfələrlə kütləvi qırğınlar törədiblər.

Deputat P.Kərimzadə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlindəki mürəkkəb zamanda Azərbaycan ziyalılarının xalqımızı qorumaq üçün təşkilatlanmasına da diqqət çəkib. Deyib ki, Əhməd bəy Ağaoğlunun rəhbərliyi ilə əvvəlcə gizli təşkilat, daha sonra partiya kimi fəaliyyət göstərən Difainin başlıca məqsədi milli birliyə nail olmaq, xalqı erməni hücumlarından qorumaq idi.

Millət vəkilinin sözlərinə görə, öz fəaliyyəti ilə qısa zamanda Çar Rusiyasında böyük təşviş yaradan Difai ermənilərlə əlbir şəkildə azərbaycanlıların ölümünə səbəb olan rus məmurlarını cəzalandırmaqdan da çəkinməyib. Qısa zamanda Difai öz ətrafında vətənpərvər ziyalıları toplayıb, sıralarını genişləndirib. Gəncədə, Şuşada, Zəngəzurda və Azərbaycanın digər ərazilərində Difainin yerli şöbələri yaradılıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 27-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 27.01.2025 22:39
“İlk erməni partiyalarının proqramında terrorçuluq əsas yer tuturdu” - FOTO - VİDEO
Elm və təhsil / 27.01.2025 15:49
Basarkeçər gəncləri Şirazi İbrahimovu “GƏNCLƏRİN DOSTU” elan etdilər - FOTO
Təhlil / 27.01.2025 14:57
Makronun qara çərçivədəki “üzü” – TƏHLİL
Siyasi / 27.01.2025 10:09
Arayik Harutyunyan günahı – Paşinyan niyə pis vəziyyətdə qalıb? - FOTO - VİDEO
Mədəni / 25.01.2025 22:06
“İrəvandakı Xan sarayı divarlarının bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb” - FOTO - VİDEO
Mədəni / 25.01.2025 14:00
Qərbi Azərbaycan və Qobustan qayaüstü rəsmlərin oxşarlığı – ANONS - VİDEO
Siyasi, Sosial / 24.01.2025 21:45
“Anam su içəndə də deyirdi ki, yox, İravanın suyu tam başqadır” - FOTO - VİDEO
Təhlil / 24.01.2025 16:54
Rəsmi İrəvanın ziddiyyətli adımları – Paşinyanın “sülh çağırışı” – TƏHLİL
Siyasi / 24.01.2025 13:22
“Gedərçayın şırıltısını mütləq eşidəcəm” – Fəridə Səfiyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.01.2025 09:39
Rusiya Ermənistan münasibətlərində nə dəyişəcək? - FOTO - VİDEO
Siyasi, Təhlil / 23.01.2025 22:17
“Bayden administrasiyası “topal ördək” rolunda ermənilərə sonuncu yaxşılığını etdi” - FOTO - VİDEO
Siyasi / 23.01.2025 16:39
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası olub - FOTO
Təhlil / 23.01.2025 16:36
Baydenin karyerası – oğlunu cinayətlərə görə əfv edən Prezident – TƏHLİL
Siyasi, Təhlil / 23.01.2025 13:16
Ermənistan üçün “əcəl zəngi” – ANONS - VİDEO
Elm və təhsil / 22.01.2025 21:32
“Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı” - FOTO - VİDEO
Elm və təhsil / 22.01.2025 13:41
Udi xalqını əritmək istəyirdilər – ANONS - VİDEO
Siyasi, Sosial / 21.01.2025 22:21
Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 21.01.2025 18:35
“Azərbaycan Xəzər xaqanlığının tərkibində idi” - VİDEO
Təhlil / 21.01.2025 16:54
Liderlərin üz-üzə görüşü – “kölgə qılınclaması” – TƏHLİL
Siyasi, Sosial / 21.01.2025 14:09
Sakinləri qovulub ləğv edilən türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 21.01.2025 13:30
“Türklər Toqarmanın nəslindən sayılır” – ANONS - VİDEO
Müsahibə / 20.01.2025 22:55
“Göyçədən deportasiya olunanlar Yalova və İzmir bölgələrində də məskunlaşıblar” - FOTO - VİDEO
Gündəm / 20.01.2025 14:09
Şəhidlər xiyabanı coşqu ilə ziyarət olunur – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 20.01.2025 12:06
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO
Gündəm / 20.01.2025 00:07
Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Gündəm / 20.01.2025 00:01
Qanlı Yanvar hadisələrindən 35 il ötür