İdman 18.09.2024 11:49

İlk oyunların mənzərəsi: epizodlar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə bu gün, sentyabrın 15-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turniri davam edir.

Rakus.az xəbər verir ki, sentyabrın 14-də aılış mərasimindən sonra A və B qrupunda 2 qarşılaşma baş tutub. Meydana saat 19:00-da ilk olaraq  “Report” və “Veteranlar” komandaları çıxıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşma “Veteranlar”ın 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.

B qrupunda isə saat 20:00-da “Gənclər 2020″ – “Qoşabulaq” oyunu çox maraqlı keçib. İlk hissədə komandalar bərabər səviyyəli oyun nümayiş etdiriblər. Lakin “Gənclər 2020″ ikinci hissədə üstünlüyü əldə edərək sahədən qələbə ilə  ayrılıb – 5:3.

14 Sentyabr  – Bakı Tennis Akademiyası

 I tur

A Qrupu

19:00

 “Report” – Veteranlar – 2:8 Səbuhi Məmmədov (2) – (“Report”)
Qollar: Aqil Qurbanov (2), Xəlil Xudiyev, Şükür Məmmədalıyev, Emin Qasımov, Raul Məmmədalıyev, Araz Qurbanov, Ramiz Vəlizadə – (“Veteranlar”)

B Qrupu

20:00

“Gənclər 2020”-“Qoşabulaq”-5:3

Qollar: İlkin Kərimli (2), Emil Qurbanzadə (2), Ruslan Əliyev (“Gənclər 2020”)

Anar Verdiyev (3) – (“Qoşabulaq”)

Hakimlər – Ramil Namazov, İmran Məhərrəmov.

xxx

Sentyabrın 15-də C və D qrupu üzrə 1-ci turun son 2 qarşılaşması olub.

C qrupu üzrə yaşıl sahəyə ilk olaraq “Report” ilə  “Ardanış” komandaları çıxıb. İlk hissədən üstünlüyü ələ alan “Ardanış” rəqibin qapısından 7 top keçirib. “Report” bunlardan yalnız birinin əvəzini çıxıb.

15 Sentyavr – Bakı Tennis Akademiyası

19:00 

C qrupu

AZƏRTAC – “Ardanış 1:7

Qollar: Rasim Həsənov (4), Azər Hüseynov (2), Əsgər İbrahimov (1) – (“Ardanış”)

Sabit Bilalov (AZƏRTAC)

D qrupunda isə “Göyçə” və “Nərimanlı” qarşılaşıb. Birincilər daha yaxşı oyun nümayiş etdirərək 6:4 hesabı ilə qələbə qazanıblar.

D qrupu

20:00

“Göyçə” – “Nərimanlı” – 6:4

Qollar: Pərviz Həsənov (3), Güvən Məmmədov (2) – (“Göyçə”) avtoqol 1.

Samir Əmirov (4) – (“Nərimanlı”)

Hakimlər – Vüsal Balaşov, Elgün Səfərov

Növbəti oyunlar həftənin sentyabrın 21-də, həftənin 6-cı günü keçiriləcək.

TURNİR VƏ BOMBARDİRLƏR CƏDVƏLİ

OYUNLARIN CƏDVƏLİ

21 sentyabr

II tur

A qrupu

19:00 “Turan” – “Report”

B qrupu

20:00 BakuWS- “Qoşabulaq”

22 sentyabr

C qrupu

19:00 “Ardanış” – “Zəfər 44″

D qrupu

20:00 AzTV- “Nərimanlı”

28 sentyabr

III tur

A qrupu

19:00 “Veteranlar” – “Turan”

B qrupu

20:00 Baku WS – “Gənclər 2020”

29 sentyabr

C qrupu

19:00 AZƏRTAC – “Zəfər 44”

D qrupu

20:00 “Göyçə” – AzTV

5 oktyabr

4/1

A1-B2 – 19:00

A2-B1 – 20:00

6 oktyabr

C1-D2 – 19:00

C2-D1 – 20:00“

12 oktyabr

YARIMFİNAL

A1-C2 – 19:00

D2-B1 – 20:00

13 oktyabr

19:00 – 3-cü yer

20:00 – FİNAL-Bağlanış-Mükafatlandırma

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz MustafayevKazımağa KərimovOsman MirzəyevAlı MustafayevFəxrəddin ŞahbazovArif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Bu il turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir.

“Mister Tum”, “Sultan keramik” və “Bee Tours” şirkətlərinin tərəfdaşlığı ilə keçirilən Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, AZƏRTAC, “Report” İnformasiya agentlikləri, BAKU.WS portalı, Rakus.az və Manşet.az saytaları verir. Bu il turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparır. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və sentyabrın 14-də başlayıb oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmır.

Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir və AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

 

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO