Hərbi 28.02.2020 10:54

İmzalanan müqavilələr hərbi əlaqələrin inkişafına töhfə verəcək – Vaqif Dərgahlı

“Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında bir çox sahəni əhatə edən mühüm sənədlərin imzalanması mərasimi keçirilib. Xüsusilə, hərbi və hərbi-maliyyə sahəsində əməkdaşlığa dair imzalanan müqavilələr iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına müsbət töhfə verəcək”.

Rakus.az xəbər verir ki, bunu fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin iki ölkə arasında hərbi əlaqələrə müsbət təsirini şərh edərkən Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında ilk hərbi müqavilə 1992-ci ildə imzalanıb: “Daha sonrakı illərdə isə bu sahədə bir çox digər müqavilələr imzalanıb. Türkiyə və Azərbaycan arasındakı hərbi əlaqələr bir sıra normativ-hüquqi aktlara söykənir. Bunlar Azərbaycan Ordusunun hərbi qulluqçularının Türkiyədə təhsil alması, birgə hərbi təlimlərin keçirilməsi, texniki və elmi sahədə əməkdaşlıq və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının mütəmadi təşkil edilməsidir. İki ölkə arasında Yüksək Səviyyəli Hərbi Dialoq İclası qarşılıqlı şəkildə Azərbaycan və Türkiyədə keçirilir.

İki ölkə arasında imzalanmış müqavilələr hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığı əhatə edir. Bu günədək Türkiyə Respublikasında keçirilən müxtəlif ixtisas kurslarında Azərbaycan Ordusunun 9 minə yaxın nümayəndəsi iştirak edib. 2018-ci ilin 19 dekabr tarixində Türkiyə və Azərbaycan arasında imzalanan hərbi tibb sahəsində təhsil və əməkdaşlıq müqaviləsinə əsasən hər il Azərbaycan Respublikasından 100 hərbi qulluqçu ödənişsiz müalicə olunur.

İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Buna misal olaraq “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı – 2019” və bu il keçiriləcək “Heydər Əliyev – 2020” təlimlərini göstərmək olar. Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlər təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib.

Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Bakıda 2018-ci ildə “ADEX-2018” və İstanbulda 2019-cu ildə “İDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib.

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın NATO ilə əməkdaşlığının inkişafına da öz töhfəsini verir. Belə ki, Azərbaycan sülhməramlıları Türkiyə hərbi kontingentinin tərkibində 1998-2008-ci illərdə Kosovoda (KFOR) və 2002-2014-ci illərdə Əfqanıstanda (İSAF) keçirilmiş əməliyyatlarda, 2015-ci ildən bu günədək isə NATO-nun rəhbərliyi altında keçirilən “Qətiyyətli Dəstək” Missiyasında iştirak edir. Bununla yanaşı, NATO-nun Sülh Naminə Elm Proqramı çərçivəsində Azərbaycan və Türkiyə mütəxəssisləri üçün “Kibertəhlükəsizlik üzrə təkmilləşdirmə” kursları keçirilir.

Qeyd edək ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələr yüksələn xətlə inkişaf edir. Bunun bariz nümunəsi Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə 2018-ci il iyunun 26-da keçirilmiş hərbi paradda Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin, həmin ilin sentyabr ayının 15-də isə Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar ölkəmizin paytaxtında təşkil olunmuş paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsidir.

Cari ilin fevral ayının 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında hərbi-maliyyə əməkdaşlığına dair saziş və maliyyə yardımı haqqında protokol imzalandı. Bu sənədlərə əsasən azərbaycanlı zabit və kursantlar Türkiyənin hərbi-təhsil müəssisələrində təhsil ala biləcək və bu ölkədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini artıracaq müasir silah-sursat və hərbi texnika ölkəmizə tədarük olunacaq”. (apa.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO