İnfarkt və insulta qarşı bu məhsulları yeyin – MƏSLƏHƏT
Yunan alimlərinin apardıqları tədqiqatlara əsasən, tərkibində yüksək miqdarda D vitamini olan məhsullar ürək – damar sisteminə qoruyucu təsir göstərirlər.
Rakus.az xəbər verir ki, araşdırmaların nəticələri “MedicalXpress” nəşrində yerləşdirilib.
2001-ci ildən 2012-ci ilədək elmi qrup üç mindən çox kişi və qadının qidalanma və səhhəti haqqında məlumatları təhlil edib. Məlum olub ki, D vitamini ilə zəngin çoxlu miqdarda qida qəbul edən insanlarda ürək-damar xəstəlikləri riski minimal olub. Belə xəstələrin pəhrizinə yağlı balıq, yumurta, pendir, kərə yağı və digər məhsullar daxil idi.
Beləliklə, tədqiqat zamanı bu vitamini az qəbul edən qrupda kişilərin 24 faizi, qadınların isə 14 faizində infarkt, insult və ya digər ürək xəstəlikləri baş verib, orta miqdarda qəbul edən iştirakçılarda bu göstəricilər müvafiq olaraq 17 faiz və 10 faizədək azalıb. Tərkibində bu fəal maddənin yüksək miqdarda olduğu qida qəbul edən kişilərin 12 faizi, qadınların isə 11 faizində ürək problemləri müşahidə olunub.
Alimlər D vitaminini qidadan almağı məsləhət görürlər, belə ki, bu halda o maksimal dərəcədə faydalı olur.
“Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, D vitaminini əlavələr şəkində qəbul edərkən, o, ürək əzələlərinin işinə neytral, yaxud zəif təsir göstərir. Bunun əksinə olaraq, D vitamininin qidanın tərkibində istehlakı, əsasən kişiləri olmaqla, ürək-damar xəstəliklərindən müdafiə edə bilər”, – məqalədə bildirilir.