İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Beynəlxalq aləmdə Azərbaycan Oftalmologiya elmini layiqincə tanıdan yüksək intellekt sahibi, mənəvi təmizlik və paklıq nümunəsi, oftalmologiyası sahəsində ilk qadın akademik, oftalmologiya aləmində ən yüksək mükafata-SSRİ Tibb Elmləri Akdemiyasının akademik M.İ.Aberbax adına mükafata layiq görülən ilk qadın Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ziyalı qadınlarımızdandır. Zərifə xanım insanların gözünə nur verir, minlərlə insana gözəl dünyamızı görmək sevinci bəxş edirdi. O, keçdiyi mənalı həyat yolu elmin işığına sədəaqəti olan ziyalı nəsillər üçün nümunədir.
1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasında anadan olub.Azərbaycan səhiyyəsinin, tibb elminin əsas təşkilatçısı və yaradıcılarından biri olan, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva həkimlər ailəsinin müəddəs ocağında böyüyüb, boya-başa çatmışdır. Zərifə xanım Əliyeva 1942-ci ildə bakıda orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-proflaktika fakultəsinə daxil olmuşdur. Zərifə xanım bu institutu bitirdikdən sonra Moskva şəhərində Oftalmologiya üzrə həkimləri təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirmişdir. O, 1948-ci ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiyaəmək fəaliyyətinə başlamışdır.
1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.
1976-cı ildə Q.Helmholis adına Moskva Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda dissertasiya müdafiə etmişdir. Oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlarıno, cümlədən “Terapevtik oftalmologiya”, “İridadiaqnostikanın əsasları” nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında gənc elmi işçilr və həkim oftalmoloqlar nəsli yetişdirilmişdir. Dünyada ilk dəfə görmə orqanının peşə patalogiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradılıb.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmologiyalar Cəmiyyəti Riyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, AzərbaycanOftalmologiya Cəmiyyəti İdarə Heyətinin “Vestnik oftalmologiya” (Moskva jurnlı redaksiya heyətinin üzvü olmşdur. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Yüksək elmi nailiyyətinə görə 1980-ci ildə AzərbaycanƏməkdar Elm Xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadındır.
Zərifə xanım böyüdüyü ailəyə xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdir. O, öz övladlarına xüsusi münasibəti olan qeyri-adi bir Ana idi. O, ailəsinə bağlı, ailəsi və uşaqları ilə nəfəs alan analardan biri idi – əsil ANA idi.
Zərifə xanım Əliyevanın şah əsəri xalqımıza “Zəfər sevinci” yaşadan hörmətli Prezidentimiz İlham Əliyevdir. Xalqımız Heydər Əliyevin qurduğu Azərbaycan dövlətini, işıqlı arzularını, ideyalarını onun ən layiqli və ən etibarlı davamçısı olan İlham Əliyevlə böyük gələcəyə doğru aparacaq. Heydər Əliyevin nurlu duhası yolumuzu daima işıqlandırır.
Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anası olan Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
Sultanəli Qurbanov – YAP Səbail “Ü. Hacıbəyli-68” ƏPT-nın sədri, ADPU-nun dosenti