Mədəni 17.06.2020 10:13

INTERACT layihəsi reallaşdırılacaq

Mədəniyyət Nazirliyinin dəstəyi və İctimai Televiziyanın (İTV) mətbuat dəstəyi ilə “Debüt” studiyası tərəfindən iyunun 16-dan etibarən uzunmüddətli INTERACT layihəsinin həyata keçirilməsinə başlanılacaq.

Rakus.az xəbər verir ki, görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev tərəfindən 1987-ci ildə təsis olunan və “Debüt” studiyası qısametrajlı və tammetrajlı debüt bədii filmlərin, beynəlxalq birgə layihələrin istehsalı, Azərbaycan kino sənətinin dünyada təbliği ilə yanaşı, INTERACT tipli tədris proqramlarının həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərir.

Tədris laboratoriyası funksiyasını həyata keçirəcək INTERAC layihəsinin məqsədi Azərbaycanda kino sahəsində təhsil alan tələbələr, həmçinin yeni fəaliyyətə başlayan kinematoqrafçıları təlim, prodakşn və post-prodakşn, distribüsiya və maliyyələşdirmə imkanları ilə təmin etməkdən ibarətdir.

Layihənin həftədə iki dəfə olmaqla bir ay müddətində davam edəcək INTERACT ONLINE adlı ilk mərhələsi gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn ustad dərsləri vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir. Bütün ustad dərsləri orijinal dildə (müvafiq olaraq ingiliscə və ya rusca) və Azərbaycan dilində sinxron tərcümə seçimi ilə təqdim olunacaq.

INTERACT ONLINE-nin ilkin mühazirəçiləri aşağıdakılardır:

– Anna Qudkova – TNT “Premier” striminq platformasının kreativ prodüseri, redaktor, festival proqramlarının kuratoru, “Kinotavr” festivalında pitçinqlərin yaradıcısı və kuratoru. “Kultburo” tədris mərkəzinin proqram direktoru və həmtəsisçisi. Bir sıra Rusiya və beynəlxalq kino festivallarının münsiflər heyətinin üzvü, pitçinq üzrə mütəxəssis. Rusiyada ilk veb-layihələr pitçinqinin aparıcısı;

– Andrey Zvyagintsev – tanınmış rusiyalı ssenarist və rejissor, “Qayıdış”, “Yelena”, “Leviafan” və digər məşhur filmlərin müəllifi. Venesiya kino festivalında “Qızıl şir” (2013), Kann film festivalında “Ən yaxşı ssenariyə görə” mükafatın, xarici dildə ən yaxşı filmə görə “Qızıl qlobus” mükafatının və xarici dildə ən yaxşı filmə görə “Oskar” nominasiyasının (2015) sahibi. İndiyə qədər cəmi beş bədii film çəksə də, Andrey Zvyagintsev Rusiya və beynəlxalq kinematoqrafın ən nüfuzlu rejissorlarından biridir;

– Matyö Darras – 2017-ci ildə özünün təsis etdiyi “Pop Up Film Residency” kino-rezidensiyasının rəhbəri. Həmçinin “European Network NISI MASA” gənc kinematoqrafçıların Avropa şəbəkəsinin təsisçisi və rəhbəri (2002-2012), “TorinoFilmLab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və bədii rəhbəri (2008-2018) olub. “Positif” kino jurnalında məqalələri dərc olunub (1998-2016), “Cannes Critics’ Week” (2005-2011) və “San Sebastian Film Festival” (2010-cu ildən) kimi festivallarda festival proqramının tərtibatçısı olub. “First Cut Lab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və direktorudur.

Qeyd edək ki, INTERACT layihəsinin vorkşoplar və digər tədbirlərdən ibarət olacaq növbəti mərhələlərinin keçirilmə forması və statusu COVID-19 pandemiyasının vəziyyətindən asılı olaraq yenilənəcək.

INTERACT ONLINE-da müntəzəm iştirak gələcək mərhələlərə akkreditasiya almaq imkanı verir.

Layihə iştirakçılarının sayı məhduddur! Buna görə də proqrama qoşulmaq istəyənlərdən www.debutfilms.az/interact saytında onlayn-qeydiyyatdan keçmələri xahiş olunur. Akkreditasiyadan sonra iştirakçılar yuxarıda qeyd olunan ustad dərslərinə qoşulmaq üçün ZOOM platformasına keçid əldə edəcəklər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO