Maraqlı 12.03.2020 07:17

Uşaqları internetdən uzaq saxlamağın yolları – MƏSLƏHƏT

Böyüklər kimi uşaqlarda da internet asılılığının olduğu danılmazdır.

Rakus.az xəbər verir ki, çox kiçik yaşlardan başlayaraq uşaqların əksəriyyəti günün çox hissəsini internetdə keçirir, texnoloji vasitələrsiz – telefonsuz, kompütersiz, planşetsiz qala bilmirlər. Bu, alışqanlıq halını alıb. Valideynlər isə bunun qarşısını almaqda çox zaman aciz görünürlər. İnternet- telefon, kompüter asılılığını necə aradan qaldırmaq olar? Bu vərdişi nə ilə əvəzləmək mümkündür? Ümumiyyətlə, mümkündürmü?  

Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzi mütəxəssislərinin bu mövzuda hazırladığı məqaləni təqdim edir:

Texnologiya, internet, robotlar və vizuallığın ön planda olduğu 21-ci əsrdə uşaqlarda kitab oxumaq, rəsm çəkmək kimi fəaliyyətlərə maraq yaratmaq çətinləşir. Ağıllı telefonlar, video oyunları, planşetlər uşaqları internet dünyasının böyük  parçası halına gətirir. Bu durum günü-gündən irəliləyir və fərqində olmadan bir çox təhlükəni də özü ilə bərabər gətirir.

Uşaqlar video izləyərkən ya da oyun oynayarkən beyin davamlı olaraq rəngli video, fotolarla məşğul olduğu üçün diqqət və fokuslanmağa ehtiyac olan zamanlarda çətinlik çəkir. Məsələn, kitab oxumaq, rəsm çəkmək, yazı yazmaq, ev tapşırıqlarını etmək, dərs oxumaq kimi fəaliyyətlər buna nümunə ola bilər. Bu uşağın təkcə zehni deyil, sosial inkişafını da olduqca mənfi yöndə təsir edir və asosyal pozuntulara kimi gətirib çıxara bilir. Bununla bərabər, son illərdə diqqət əskikliyi, öyrənmədə problemlər kimi halların artmasının ən başlıca səbəblərindən biri virtual dünyanın daxilində olmaqdır.

Bu zaman valideynlərin sürətlə irəliləyən təhlükə haqqında maariflənməsi və lazımi tədbirlər görməsi olduqca önəmlidir.

Valideynlərin diqqət etməli olduqları:

Valideynlər övladlarını daha yaxşı tanıyırlar. Övladınız maraq dairələri, sevdiyi şeylər haqqında məlumatlısınız. Onun sevdiyi şeylərə istiqamətlənərək gerçək dünyaya yönləndirməniz vacibdir.

Uşağın dünyası oyun təməlidir. Hər sahədə inkişaf göstərə bilməsi üçün oyun oynaması önəmlidir. Burda oyun – virtual dünyadan uzaqda olan oyuncaqlarla və yaradıcılığını istifadə edərək oynadığı gerçək oyunlardır. Ona maarifləndirici və inkişafını təmin edəcək oyuncaqlar almaq, birlikdə oyuncaq seçimi etmək faydalı olacaqdır.

Övladınızla birlikdə zaman keçirməyə çalışın. Ana-ata ilə oyun oynamaq, parka getmək, film izləmək ya da teatra getmək kimi müxtəlif fəaliyyətlər onun internetdən uzaq qalmasını təmin edəcəkdir.

Uşağınıza oyun oynayacağı, kitab oxuya biləcəyi, bir sözlə evin içərisində azad, rahat vaxt keçirə biləcəyi şərait yaradın. Ona aid olan bir oyun sahəsi hazırlamaq müsbət nəticə verəcək.

Övladınıza kitab oxuma vərdişi qazandırın. Kitabların dünyasındakı sehri kəşf edən uşaqların internetdə az vaxt keçirdiyini görəcəksiniz. Birlikdə bukinistləri, kitab mağazalarını gəzin. Maraq dairəsinə uyğun kitablar alın. Gün içərisində dəqiq vaxtlar təyin edin və oxumağa ayırmasını təmin edin.

Maraq dairəsinə uyğun bir kurs tapın ya da müxtəlif aktiv fəaliyyətlərə qatılmasını təmin edin. Uşağınızı istedadına və istəklərinə uyğun yönləndirin. Məsələn, rəqs kursu, gimnastika, idman ilə əlaqəli hər hansı bir kurs, musiqi aləti çalmağı öyrənməsi, kitablarla, təbiətlə bağlı sosial aktivlik onun gerçək dünyanın içərisində qalmasını təmin edəcəkdir.

Uşaqlara məsuliyyət verin. Yaşına və inkişafına uyğun olaraq ev içində və xaricində məsuliyyətlər verin. Beləliklə, etməsi lazım olan işləri tamamlaması olduğunu öyrənəcək, gerçək dünyadan qopub virtual dünyaya qoşulmayacaq.

Uşağınızla maraqlandığınızı ona qarşı olan sevginizi mütləq hiss etdirin. Beləliklə, sizin marağınızın fərqində olacaq, sizinlə vaxt keçirməyi sevməsini təmin edəcəksiniz.

Uşaqlar valideynlərini nümunə götürərək inkişafda olurlar. Bu səbəbdən texnologiya sahəsində ona nümunə olmanız lazımdır. Ailənizlə vaxt keçirdiyiniz zamanlarda televizor, kompüter və telefondan uzaq durmaq onun üçün faydalı olacaq.

İnkişaf edən dünyada texnologiyadan uzaq yaşamaq, əlbəttə ki, mümkün deyil. Övladınıza təyin edilmiş vaxtlarda telefon və planşetdən istifadəsinə icazə verin. Ancaq bu məsələdə dəqiq qaydalarınız olsun və mütləq qaydaları dəqiqliklə tətbiq edin.

Bu qaydalara riayət etmək məsələsində problem yaşanırsa, planşet ya da telefonla maraqlanmadıqda aqressivləşirsə, ona alternativlər göstərin. Məsələn velosiped sürməyə getmək, birlikdə topla oynamaq, filmə getməyi təklif edin.

Uşaqları virtual dünyadan və onun mənfi tərəflərindən qorumaq valideynlərin ən mühüm vəzifələrindən biridir. Çox zaman uşağın qulaqlığı taxıb video izləməsi, oyun oynaması valideynlər üçün, özünə vaxt ayırmaq üçün uyğun zaman kimi görünsə də, əslində, təhlükəni də özü ilə bərabər gətirir. Uşağınızı gerçək dünyada, gerçək münasibətlər qurması mövzusunda dəstəkləməniz bu səbəbdən önəmlidir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO