Elm və təhsil 26.08.2019 01:12

İqlim dəyişmələrinə qarşı mübarizənin yolu tapıldı

Amerika alimləri iqlim dəyişmələri səbəbindən potensial təhlükə yaradan rayonlardan insanların mütəşəkkil köçürülməsini nəzərdə tutan “geri çəkilmə” konsepsiyasını irəli sürüblər.

Rakus.az xəbər verir ki, söhbət, ilk növbədə, qasırğa və fırtınaların təsirinə məruz qalan, habelə dünya okeanının səviyyəsinin qalxması üzündən suyun altına getmək təhlükəsi ilə üzləşən sahilyanı zonalardan gedir. Mütəxəssislər hesab edirlər ki, dövlətlər və beynəlxalq təşkilatlar həm maliyyə, həm də sosial aspektlərin nəzərə alındığı köçürülmə proqramları işləyib hazırlamalıdırlar.

“Russian.rt.com” saytının yazdığına görə, konsepsiya müəlliflərinin fikrincə, belə yanaşma nəinki iqtisadi nəticələri yumşaltmağa, həm də müəyyən strateji məsələləri həll etməyə imkan verəcək. Tədqiqatçılar hesab edirlər ki, köçürülmə əvvəlcədən işlənib hazırlanmış plan üzrə mütəşəkkil aparılmalıdır. Onlar belə bir geniş yayılmış fikrə qarşı çıxırlar ki, iqlim dəyişmələri səbəbindən getdikcə daha da təhlükəli olan rayonlardan insanların köçürülməsi ən son tədbirdir.

Mütəxəssislər deyiblər: “Artıq məsələ bunda deyil ki, geri çəkilmə olacaq, ya olmayacaq. İndi söhbət bu prosesin necə, harada və hansı səbəblərə görə həyata keçiriləcəyindən gedir.

Alimlərin fikrincə, cəmiyyətin köçürülməyə münasibəti radikal şəkildə dəyişməlidir. Bu gün ictimai şüurda insanla təbiətin daimi qarşıdurması barədə təsəvvürlər hökmranlıq edir. Odur ki, sahilyanı ərazilərdən köçürülmə məğlubiyyət kimi qəbul edilir. Bəşəriyyət təbiətə bu cür münasibəti dəyişməli və planetimizdə baş verən proseslərə fəal surətdə uyğunlaşmalıdır.

Amerika alimlərinin fikrincə, gələcəkdə geri çəkilməyə özündə yeniliyi əsaslı araşdırma, prosesin və onun bütün iştirakçılar üçün nəticələrinin qiymətləndirilməsi ilə birlikdə sınaqdan keçirməyə hazırlığı birləşdirən eksperimentçi yanaşma tələb edir.

İnsanların materiklərin içərisinə köçürülməsi bütün bəşəriyyətdən planlaşdırma və birgə fəaliyyət tələb edəcək. Məsələn, köçürülmə planları milli və qlobal iqtisadi planlara daxil edilməli, onların həyata keçirilməsi isə bütün yerli xüsusiyyətləri və konkret cəmiyyətlərin tələbatını nəzərə almalıdır”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO