İqtisadi 24.04.2020 10:00

İqtisadçı ekspert Qafar Əliyev TƏHLİL edir: “Gələn il iqtisadi artım üçün stimullaşdırıcı amillər mövcuddur” - FOTO

Keçən ilin sonlarından başlayan məlum pandemik dalğa öz sarsıdıcı gücünü göstərməkdə davam etməkdədir. Belə ki, bir sıra aparıcı beynəlxalq təşkilatlar və şirkətlər tərəfindən proqnozlaşdırılan iqtisadı meyarlar məlum olduğu kimi, neqativ məqamlarla üzləşməkdədir. Demək olar ki, heç bir proqnoz reallığı əks etdirmədi, buna ciddi səbəb məhz fors-major halın mövcudluğudur.

Lakin heç də pessimist hallarla bu kimi amillərə yanaşmaq lazım deyil. Axı iqtisadi tarixdən məlum olduğu kimi, periodik olaraq hər 10-15 ildən bir dünya iqtisadiyyatı ciddi böhranlı vəziyyətlərlə üzləşir və hər dəfə də meydana daha təkmil sistemlər işlənib gətirilir. Bu isə öz növbəsində iqtisadi immunu artırmaqla yeni meyarların və daha dayanıqlı iqtisadi mexanizmlərin işlənib hazırlanmasına stimul yaratmış olur.

Misal olaraq qeyd edə bilərik ki, ötən ilin yekun hesabatına əsasən, Beynəlxalq Valyuta Fondu 2020-ci ili 3.5-4%-lik artımla qarşılaşacağını qeyd edib və hətta Çin-nin 6.5%-lik artımını da vurğulayıb. Digər tərəfdən isə 2020-ci ildə neftin orta qiyməti ən azı 55-62 dollarla müşahidə ediləcək. Hətta xatirinizdədirsə “Alfa-Bank”ın ekspertləri belə proqnozlaşdırmışdılar ki, 2008 və 2014-cü ildə yaşanan maliyyə böhranlarına baxmayaraq 2020-ci il bir sıra ölkələr üçün, o cümlədən də,  Rusiya üçün daha pozitiv rəqəmlərlə yadda qala bilər və iqtisadi artım 4-4.5%-dən az olmayacaq. Bu kimi misalları çox sadalamaq olar, lakin əsl həqiqətdə göründüyü kimi heç də hər zaman söylənilən fikirlər ekosistemdə (iqtisadi sistemdə) öz əksini tapmır.

Əslində, bu məsələlərə daha praqmatik yanaşılmalıdır. Çünki baş verən hadisələr heç də vahid iqtisadi sistemin nəzarətindən kənarda baş verən hadisələr deyil. Belə ki, hər qitənin, hər ölkənin özünə məxsus idarəçilik proqramları və iqtisadi mexanizmləri mövcüddur. Digər tərəfdən isə hər zaman üzləşəcəyimiz fors-major hallar. İstənilən halda proqnozlarda diversifikasiların mövcüdluğu mümkündür və vahid xətt üzrə inkişaf bir çox hallarda mümkün olmaya bilər. Baş verən hadisələr heç də ona dəlalət etmir ki, hər hansısa mexanizmdə düzgün hesablanma aparılmayıbdır. Xeyir! Sadəcə yaşanan halların yaddan çıxartmayaq ki, müsbət tərəfləri də mövcüddur və daha da yeni iqtisadi modellər işlənib hazırlanacaqdır. Bu isə stimul yaradacaqdır ki, Dünya iqtisadi mexanizmi daha dayanıqlı və prioritet meyarlar əsasında təkmilləşmiş olsun.

Bu hallarda hətta sektoral amillər də daha da mükəmmək şəkildə işlənib hazırlancaqdır. Belə ki, məlum olduğu kimi 2020-ci ilin ilk rübündə ciddi tənəzüllər baş vermiş oldu ve hesabat xarakterli yanaşsaq görərik ki, ABŞ-5.6%,  Böyük Britaniya-4.8%, Rusiya-7%, İran-9%, Çin-4.5%, Almaniya-4.2%, İtaliya-5% və s. ölkələr qeyd olunan faiz dərəcələri üzrə tənəzüllə 2020-ci ilin ilk rübünü yola salmış oldular.

Hətta proqnozlaşdırılan neft sektoru isə daha acınacaqlı durumu yaşamaqla ən azı 3 dəfə qiymət enişi ilə ilk rübü yola salmış oldu. ABŞ-in şist sektoru isə demək olar ki, ümumiyyətlə daha da acınacaqlı iqtisadi böhranla üzləşmiş oldu. Və qeyd etmək lazımdır ki, baş verən hadisələr rəqəmlərin köməkliyi ilə əsas vermiş olur ki, bu ilin sonuna kimi dünya üzrə işsizlərin ümumi sayı 60-70 milyon insan resursuna çata bilər. Yaddan çıxartmayaq ki, haliyədə pandemiya dövrünü yaşayırıq, və bir neçə aydan sonra isə postpandemiya dövrünə qədəm qoymuş olacayıq. Və, məhz həmin dövrdə iqtisadi tənəzzülün hansı rəqəmlərlə üzləşəcəyinin şahidi olacayıq.

Bir məqamı da qeyd edək, suveren fondlar deyilən iqtisadi qurumlar mövcüddur ki, bunlar da hər ölkənin ehtiyyat fondu kimi adlandırıla bilər. Təkcə bir neçə rəqəm yetirsək görərik ki, bu kimi fondlarda haliyədə hansı şəkildə azalmalar mövcüddur. Proqnozlara əsasən qeyd edə bilərik ki, ilin sonuna qədər Körfəz fondlarında 300 mlrd dəyərində, Norveçin ehtiyat fondunda təqribi olaraq 120 mlrd, Avropa İttifaqı ölkələrinin bu kimi fondlarında yüz milyardlarla vəsaitin azalması baş verəcək. Bu isə öz növbəsində dünyanın valyuta ehtiyyatının qıtlığına səbəb olur. Lakin bir hal da mövcüddur ki, bu kimi azalmalar imkan verəcəkdir ki, növbəti illərdə fondlarda cəmləşmiş valyuta ehtiyyatları daha da səmərəli şəkildə investisiya edilsin.

Onu da qeyd edək ki. Azərbaycanda böhransız ötüşməyəcəkdir, lakin nisbət deyiləcək bir meyar vardır. Hal-hazırda Azərbaycan höküməti pandemik və postpandemiya vəziyyətinin stabil saxlanılması və idarə olunması üçün dövlət büdcəsindən və bəzi fondlar hesabına azı 3-3.5 mlrd AZN vəsait sərf etməyi planlaşdırır. Bu isə öz növbəsində daha ciddi böhranlı durumun qarşısının alınması üçün stimul yaratmış olacaq. Belə ki, 700 minə yaxın muzdlu işçilərin və 10 mindən çox dövlət sektorunda çalışan işçilərin təmənnasız olaraq Dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, sahibkarılıq subyektlərinə maliyyə yardımların edilməsi əminlik yaradır ki, Azərbaycan postpandemiya dövründə heç də ciddi iqtisadi böhranlı vəziyyətlə üzləşməyəcək.

Digər bir tərəfdən Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin yenidən qiymətləndirilməsi baş verərsə görərik ki, Azərbaycanın ümumi valyuta ehtiyyatlarında 2-2.5 milrd dollar həcmində azalma mövcüddur. Bu isə heç də qorxulu məqam deyil, çünki digər ölkələrin suveren fondlarının sərfiyyatları ilə müqayisədə Azərbaycan üçün ciddi rəqəm sayılmır. Əlbəttə, neft amili ciddi təsirini bildirəcək, bu qaçılmazdır. Yəni planlaşdırılmış iri həcmli layihələrin reallaşdırılmasında çətinliklər mövcüd olacaq, danılmaz faktordur. Lakin bu hal heç də neqativ hisslər yaşatmamalıdır. Yəni hökümət labüd xərclərdə heç bir dəyişiklik etməklə pul dövrüyyəsini azaltma siyasəti aparmır, sadəcə, nəzərdə tutulan gələcək iqtisadi proqramların gerçəkləşməsində müvəqqəti durdurmalara qərar verib.

Bir məqamı da nəzərinizə çatdırım, bizim valyuta ehtiyyatlarının 60%-dən çox hissəsi ABŞ dolları, və hardasa 30%-ə qədər dəyəri  Avro ekvivalentindədir və təkcə onu qeyd edə bilərik ki, bu il hər iki valyuta üzrə ilin ilk rübündə 3-4%lik artım olmuşdur ki, bu da imkan verir ki, cəmi xərclərimizdə qismən kompensasiya aparılsın.

Digər bir tərəfdən, Azərbaycanın ehtiyyatları daha da likvidli sayılır, yəni daha da dövrüyyədə aktiv valyuta hesab edilir və əldə edilməsi, və ya nəğdləşdirilməsi daha asandır. Bu isə imkan verir ki, Azərbaycanın xarici banlardakı vəsaiti daha dönərli sayılır və istənilən halda Azərbaycan həmin investisiyaları öz xərcləri naminə geri çağıra bilər.

Başqa bir məqamı da qeyd edək ki, Azərbaycanda postpandemiya vəziyyəti imkan yaradacaqdır ki, iqtisadi mexanizmimiz daha təkmilləşmiş olsun. Yəni hökümətin yeni iqtisadi və maliyyə paketləri hazırlanmaqla həm valyiuta ehtiyyatlarımızın daha səmərəli istifadəsinə stimul yaramış olsun, digər tərəfdən isə sahiblarlıq sektorunun daha da səmərli işlənib inkişaf etdirilməsinə təkan versin.

Qaçılmazdır ki, növbəti il, yəni 2021-ci il Azərbaycan üçün dinamik olacaq. Belə ki, bu gün atılan addımlar imkan verir ki, yeni bankçılıq siyasəti yenidən işlənib hazırlansın, sahibkarların daha effektiv və səmərəli işləmələrinə geniş imkanlar yaradılsın, mütləq haldır ki, haliyədə atılan vergi güzəştləri davamlı olacaq, kölgə iqtisadiyyatı daha da sıxılmış olmaqla dövrüyyəyə yen vəsaitlərin cəlb edilməsinə kömək göstərəcək, yeni investisiya paketləri meydana gələcək və digər məqam və zərüri hesab edilən isə dövlətin iqtisadi tənzimzləmə mexanizmi daha da səmərəli olacaq.

Lakin nəzərə almaq lazımdır ki, bu qeyd olunanlar əlbəttə ki, digər ölkələrdə də yenidən işlənib hazırlanmalıdır. Bu gün bəzi ekspertlər qeyd edirlər ki, növbəti il Dünya iqtisadiyyatı üçün ən azı 3-4%-lik artımla müşahidə ediləcəkdir, və belə ki, Çin iqtisadiyyatında 4.7%, ABŞ-da 3.5%, Böyük Britaniyada ən azı 6%, ümumilikdə Qərbi Avropada 5.4% və s. bu kimi artım əmsalları qeyd edilməkdədir.

Digər bir məqamı da qeyd edək, postpandemiya dövrü çox güman ki,  digital(rəqəmsal) dünyanın inkişafına da təkan vermiş olacaqdır. Heç şübhəsiz ki,  Digital Trade Hub (Rəqəmsal Ticarət Qovşağı-DTH) daha işlək vəziyyətə düşəcək. Bu gün məlumdur ki, məhz bu qovşağın vasitəsilə Azərbaycan adı altında istehsal edilən məhsullar (Made in Azerbaijan)  dünyanın bir çox ölkəsində bu qovşağın vasitəsi ilə ixrac edilir. Və, əminliklə qeyd edə bilərik ki, növbəti postpandemiya dövrü bir sıra ölkələr üçün, o cümlədən Azərbaycan üçün stimullaşdırıcı iqtisadi mexanizmlərin işlənib hazırlanmasına motivasiya etmiş olacaq və yeni iqtisadi mexanizm bir daha imkan verəcək ki, hökümət istənilən halda böhranlı durumlarına qarşısını təcili şəkildə almaqla daha ciddi addımlar atsın.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO