Təhlil 15.07.2024 16:27

İran səfirindən təxribatçı açıqlama – diplomatın təhrikçi çıxışı – TƏHLİL

İran Azərbaycana daim Ermənistan vasitəsi ilə təzyiqlər edib.

Xüsusən, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Tehran özünü çaşqın apardı. Rəsmi Bakı ilə davranışını müəyyən etməkdə çətinlik çəkdi. Hakimiyyətin aparıcı fiqurlarından sayılan, Sepahın keçmiş komandanı, dəfələrlə prezidentliyə namizəd Möhsün Rezai “Qarabağda ermənilərə muxtariyyətin verilməsi” kimi cəfəng fikirlər söyləməklə Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etmişdi. İranın Ermənistandakı səfirləri də ölkənin xarici siyasi kursunun icraçıları olduqlarından anti-Azərbaycan çıxışları ilə yadda qalıblar.

Bu günlərdə Tehranın İrəvandakı səfiri Mehdi Sübhani “Radio Azatutyun”a (“Azadlıq” radiosunun ermənicə redaksiyası-red.) müsahibəsində təmsil etdiyi hakimiyyətin ermənilərlə bağlı niyyətlərini, Azərbaycana qarışı dost olmayan münasibətini gizlətməyib. O, Azərbaycan Respublikası ilə münasibətlərin bərpasına çalışan İranın diplomatı kimi deyil, Rusiyayönlü Ermənistan müxalifətinin nümayəndəsi, Fransa prezidenti Emmanuel Makronun təmsilçisi və anti-Azərbaycan fransız siyasətçilər kimi edib. O, bununla həm də özünü kimlərinsə tapşırığının icraçısı kimi göstərib.

Mehdi Sübhani ermənilərdən artıq erməni olduğunu göstərərək deyib: “Ermənilərin Qarabağda hüquqlarının qorunmasına əməl edilməlidir. Bu məsələ yara kimidir və müalicə olunmalıdır. Müalicə edilməzsə, yenidən açıla bilər. Dayanıqlı sülhdən danışarkən bu yara da nəzərə alınmalıdır”.

Səfir bu açıqlaması ilə “qaşınmayan yerdən qan çıxarmağa” səy edib. Səfir Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasına susan, bu dövrdə Qarabağ ərazisində binaların və yurd yerlərinin dağılmasında, talan edilməsində erməni işğalçıları və havadarları ilə əməkdaşlıq edib. Həmin dövrdə Qarabağda İranın qanunsuz olaraq 80-ə yaxın firma və şirkətinin fəaliyyət göstərməsi bunu təsdiqləyir.

Tehranın istər müharibə dövründə, istərsə də müharibədən sonra Qarabağda terror qrupları təlimatlandırması kimi məsələlərdən geniş bəhs etmək istəməzdik. Səfir Mehdi Sübhani hansı “yaradan danışır?”. Yoxsa, Tehran hakimiyyəti səfirinin “yarlı” saydığı erməni sakinlərdən əslən isfahanlı keşiş Baqrat Qalstanyan kimi istifadə etmək istəyir. Görünür, Tehran hakimiyyəti “müalicə” adı ilə həmin kütlədən Ermənistan hökumətinə də təzyiq etməyi, bununla həm də Rusiyaya dəstək verməyi hədəfləyir.

Hər kəsə məlumdur ki, rəsmi Bakı Qarabağdakı erməni sakinlərə Azərbaycan cəmiyyətinə inteqrasiya çağırışı etmişdi. Ancaq regionda pozuculuq və terror fəaliyyəti ilə məşğul olmuş, bu fəaliyyəti davam etdirmək istəyən həmin sakinlər Azərbaycan ərazisindən könüllü şəkildə çıxıb gedib.

Səfir isə bildirib ki, Qarabağda məskunlaşdırılan ermənilər ”qeyri-ixtiyari olaraq evlərini tərk ediblər, onların könüllü olaraq ora qayıtmaları üçün şərait yaradılacağına” ümid edir.

Ermənistanla sülh müqaviləsinin imzalanması üçün vacib şərtlərdən biri qərbi azərbaycanlıların öz yurdlarına, evlərinə repatriasiyasıdır. Bu şərt Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə açıqlanıb. İran səfiri ermənilərin “Qarabağa qayıtmasını” da “dayanıqlı sülh”ün şərti kimi irəli sürür. O, bununla özünü İrəvan rəsmisi kimi aparır. Həm Ermənistanda bu cür düşünənlərin, həm də Sübhaninin qərbi azərbaycanlılarla Qarabağa yerləşdirilən erməniləri eynihüquqlu tutması gülüncdür. Çünki Qərbi Azərbaycan türk torpağıdır. Ermənilər Qarabağa da, indiki Ermənistana da yerləşdiriliblər. Yəni bölgəni onlarla birləşdirən müqəddəs heç nə yoxdur. Başqa bir tərəfdə isə qərbi azərbaycanlılar öz yurdlarından silah tətbiqi və zorakılıqla çıxarılıblar. Bütün mülkiyyətləri Ermənistanda qalıb. Erməni sakinlər isə Azərbaycan ərazisini könüllü tərk ediblər və bütün əmlaklarını özləri ilə aparıblar. Başqa fərqlilikləri də sadalamaq olar.

Səfir Sübhani təmsil etdiyi hakimiyyətin 30 ildən artıqdır Azərbaycana münasibətdə buraxdığı səhvləri təkrarlayır. Bu davranışı və açıqlaması ilə o, Azərbaycana şər-böhtan atanların sırasında yer alıb.

Tehran diplomatlarının və dövlətin başqa rəsmilərinin belə çıxışları İran-Azərbaycan münasibətlərinə xələl gətirir. Səfirin belə qərəzli açıqlaması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə maneə yaradır.

İyulun 15-də – səfirin müsahibəsindən iki gün sonra Azərbaycan XİN İrandakı Səfirliyinin fəaliyyətini bərpa etdiyinə dair açıqlama yayıb. Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. Qeyd edilib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib: “Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək”.

Bu, Azərbaycanın İrana etdiyi xoşməramlı davranışlarındandır.

Rəsmi Bakının bu jesti qarşılığında Tehranın Mehdi Sübhanini ABŞ-nin maliyyələşdirdiyi informasiya vasitəsinə müsahibə verdiyinə (çünki İranda belə çıxış edənlərə təzyiq olunur), Azərbaycana qarşı yalan məlumatlar yaydığına, İran-Azərbaycan münasibətlərinə xələl gətirdiyinə və başqa pozucu çıxışına görə tənbeh edəcəyinə ümid etmək istərdik. Ola bilsin səfir İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın komandasında olmayacağını bildiyi üçün bu müsahibəni verərək rəsmi Bakı ilə Tehran münasibətlərinə qəsddən zərbə vurmaq istəyib. Hər halda Mehdi Sübhaninin açıqlaması məşhur atalar sözünün ürəkbulandıran hissəsinə daha çox uyğun gəlir.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO