Təhlil 07.08.2023 15:57

İran və Livan rəsmi İrəvanın müdafiəçisi rolunda – TƏHLİL

“Hizbullah” lideri Həsən Nəsrullah bu dəfə Güney Azərbaycan türklərinə müraciət etməklə gündəmə gəlib.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin Güney Azərbaycanın Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Amuli sonuncu cümə namazlarından birində Həsən Nəsrullah ilə görüşündən bəhs edib. İmam cümə “Hizbullah”ın liderini uzun-uzadı tərifdən sonra deyib ki, Nəsrullah “İrandakı azərilərə də salam göndərib”.

Onun sözlərinə görə, “şeyx” müqavimət cəbhəsinin (İranın nəzarəti altında olan təşkilatların, o cümlədən “Hizbullah”ın fəaliyyəti belə adlanır) ötən illərlə müqayisədə daha güclü olduğunu deyib.

Ərdəbilin imam cüməsinin sözlərinə görə, “şeyx” Güney Azərbaycanla maraqlanaraq, azərbaycanlıları İranın ali rəhbəri ayətullah Xameneinin tapşırıqlarına əməl etməyə, sui-qəsdlərdə iştirak etməməyə çağırıb.

Güney Azərbaycan türkləri min illərdir bu ölkədə vardırlar. Yəni İranın əsil sahibləridir. Şeyx Həsən Nəsrullah onları niyə indi yada salıb? İndiyədək Güney azərbaycanlıların hansı mədəni problemlərinin həllinə yardım edib? Bir müsəlman olaraq Azərbaycan türkcəsində məktəbin yoxluğuna etiraz etməyib. Urmiya gölünün quruması ilə bağlı bir söz belə dilinə gətirməyib. Azərbaycan türkləri İran KİV-də, televiziya kanallarındakı verilişlərdə, habelə Güney Azərbaycan türklərinin sosial-iqtisadi, mədəni problemlərinə İran hakimiyyətinin laqeyd münasibətinə istənilən formada münasibət bildirməyib.

Başqa sözlə, Həsən Nəsrullahın Güney azərbaycanlıları yada salması heç də onlara sevgi və sayğıdan irəli gəlmir…

Ümumiyyətlə, nəzərə alaq ki, “Hizbullah” İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) törəmələrindən biridir.

Livanda özünü dünya müsəlmanlarının təəssübkeşi və hamilərindən sayan “Hizbullah” indiyədək Azərbaycan Respublikasının haqlı işi ilə bağlı fikir bildirməyib. Bu azmış kimi, onun lideri Həsən Nəsrullah Azərbaycan torpaqları işğal altında olanda Ermənistanın havadarı rolunda çıxış edənlərdən idi. Həmin illərdə Azərbaycanın media nümayəndələri ilə görüşdə işğalçıları müdafiə etməsi kimi faktlar bunu təsdiqləyir.

44 günlük Vətən müharibəsində Ermənistana İranla yanaşı, Livan da yardım edib. Bu hökumət Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrdə törətdiyi təxribatlarda rəsmi İrəvanın müdafiəçisi rolunda çıxış edib. Livan hökumətində turizm naziri olanda erməni Avetis Qidanyan türklərə münasibətini belə açıqlamışdı: “Mən türklərin Livana gəlməsini qadağan edə bilmərəm. Ancaq mən onları hava limanında da salamlamaq istəmirəm”.

Livandakı hökumət üzvlərinin o cümlədən ermənilərin Türkiyə və Azərbaycana qarşı çıxışlarına dair çoxlu nümunələr göstərmək olar. Bu təşkilat 1982-ci ildə İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki qoşunu və kəşfiyyat orqanı sayılan “Qüds”ü yaradıb. Təşkilatın ideologiyasının əsasında Xomeyni ideyaları durur. Başqa sözlə o, Tehran rejimin siyasi-hərbi formasıdır. ABŞ, Böyük Britaniya, Avstraliya, Ərəb Dövlətləri Liqası, Misir, İsrail, qismən Avropa İttifaqı ölkələri onu terrorçu olaraq tanıyır. Təşkilatı əsasən, İran hakimiyyəti maliyyələşdirir. Başlıca maliyyə mənbəyi isə narkotik maddələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlir sayılır.

Yeri gəlmişkən, Həsən Amuli Azərbaycan Respublikası barədə bağlı cəfəng çıxış və moizələri ilə məşhurdur. O, Güney azərbaycanlıların da milli mədəni haqlarını belə müdafiə etməyib. Odur ki, iki Həsənin bir Azərbaycan haqqında mövqeyi bir-birindən heç nə ilə fərqlənmir. O zaman sual yaranır: Nəsrullahın yadına Güney Azərbaycan türkləri niyə düşüb? Məlum olduğu kimi İranda keçirilən etiraz aksiyalarında onlar “Azadlıq, Ədalət, Milli hökumət!” şüarını irəli sürüb. Belə ehtimal etmək olar ki, İran hakimiyyəti bunu “Qadın, Həyat, Azadlıq!” tələbindən daha təhlükəli sayır. Odur ki, Nəsrullahın “salamı” və Güney azərbaycanlıları tərifi daha çox xəbərdarlığa oxşayır. Belə güman etmək olar ki, Nəsrullah bununla “Xameneiyə qarşı, rejim əleyhinə çıxış etsəniz, qarşınızda “Hizbullah”ı görəcəksiniz” ismarışını göndərib. Bu hərbi-siyasi qruplaşmanın 41 illik fəaliyyətinə əsasən belə qənaətə gəlmək olar. Belə ehtimal etmək olar ki, “Hizbullah” gələcəkdə Güney Azərbaycandakı etiraz aksiyalarının yatırılmasında iştirak edəcək.

Odur ki, Amuli məlum ismarışla İranda keçiriləcək etiraz aksiyalarının yatırılması üçün istifadə ediləcək qüvvəyə diqqəti yönəldib. Bəsic, Sepah, hərbçi, polis xalqa qarşı çıxmaq istəməyəndə Tehranın yardımına “Hizbullah” çatacaq. 41 ildir onu boş yerə bəsləməyib. “Şeyxin” “tapşırığı” buna işarədir. Fransanın yardım etdiyi Livan hökuməti və İranın bəslədiyi “Hizbullah” azərbaycanlılara münasibətdə səmimi ola bilməz.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO