Siyasi 06.02.2024 16:37

İranda ayrı-seçkilik – pozulan Konstitusiya – TƏHLİL - FOTO

İran hakimiyyəti vətəndaşlarının konstitusiya hüququnu pozur. Bu il ölkənin əsas qanununun qəbulundan 45, sənəddə dəyişiklik və düzəlişlər aparılmasından 35 il keçir. Ötən müddət ərzində konstitusiyanın əsasən, üçüncü fəsli – insan və vətəndaş hüquqları, beşinci fəsli – xalqın hakimiyyət hüququ və ondan irəli gələn hakimiyyət orqanları müddəalarına əməl olunmayıb.

İran vətəndaşları arasında ayrı-seçkilik hələ də qalır. Xalqlar öz dilində təhsil ala bilmirlər. Milli-etnik bərabərlik təmin olunmayıb və s.

İranda fars dili və mədəniyyəti hakimi-mütləqdir. Güney azərbaycanlılarının yaratdığı teleqram-kanallarda bildirilir ki, Azərbaycan türkcəsi ibtidai, orta məktəblərdə, ali təhsil ocaqlarında tədris edilmir. Bu istiqamətdə təşəbbüs göstərənlər təqib olunur, müxtəlif təzyiqlərə məruz qalır, “milli ədavəti qızışdırmaq”, “iğtişaş yaratmaq” adı ilə həbs edilirlər. Ancaq fars dili və ədəbiyyatının inkişafı üçün çalışanlar mükafatlandırılırlar. Oxşar şərait İranın erməniəsilli vətəndaşları üçün də yaradılır. Hətta, Ermənistandan İrana erməni dilində ədəbiyyatın göndərilməsinə də şərait yaradılır.

Körpələrə Azərbaycan türkcəsində adların qoyulmasında məhdudiyyətlər var. Amma fars və erməni etnik qrupunun nümayəndələri belə bir qadağa ilə üzləşmirlər.

Teleqram-kanallarda xatırladılıb ki, 2016-cı ildə Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində eyniadlı universitetdə Azərbaycan dilinin Təbriz ləhcəsi üzrə Dil və Ədəbiyyat fakültəsinin açıldığına dair məlumat yayılmışdı. Dekan Əhməd Fərşbafian rəhbərlik etdiyi fakültədə ilk mərhələdə 40 tələbənin oxuyacağını bildrimişdi. Həmin dövrdə Azərbaycanın vahid dilinin olduğu, dil məsələsində Təbrizlə Bakını bir-birindən uzaqlaşdırmaq məqsədi ilə belə bir fakültənin açıldığı deyilsə də, onda bəziləri fakültənin açılmasını dəstəkləmişdi. Ancaq Tehran hakimiyyəti bu sahədə də problem yaratmağa başlayıb.

Təbriz Universitetinin tələbələri yaradılan problemlə bağlı açıqlama yayıb. Onlar bildirib ki, 2016-cı ildə Təbriz Universitetində Azərbaycan türk dili və ədəbiyyatı ixtisası yaradılıb. Bu zaman İrandakı müxtəlif etnik qruplara ana dilində oxumaq və yazmaq hüququ verən İran konstitusiyasına, ayətullah Seyid Əli Xaməneinin fikirlərinə əsaslanılıb.

Qeyd olunub ki, ilk mərhələdə bu sahəyə türk ədəbiyyatı dili ilə bağlı ixtisası olmayan fars ədəbiyyatı müəllimləri rəhbərlik edirdilər. Tələbələr 2017-ci ildə etiraz edərək fakültəni başqa ixtisaslarda olduğu kimi bu sahədə akademik savadı, təhsili olan professorların idarə etməsi tələbini irəli sürmüşdülər. Bunun ardınca tələbələr İranın hər yerindən türk dilində doktorluq dərəcəsi almış professorları universititetə dəvət etmişdilər.

Məlumata görə, 2023-cü tədris ilinin ortalarında Təbriz Universitetindən türk dili üzrə ixtisaslı professorları uzaqlaşdırmağa başlayıblar. Yüksək vəzifəli professorlardan birini türk dili üzrə doktorluq dərəcəsi olmasına baxmayaraq işdən çıxarıb, onun yerinə fars dili və ədəbiyyatı üzrə 3 müəllim təyin edilib. Onların isə bu istiqamətdə praktiki olaraq heç bir təcrübələrinin olmadığı bildirilib.

Fəaliyyətdə olduğu müddətdə fakültədə Azərbaycan türkcəsi və ədəbiyyatı üzrə xeyli müəllimin yetişdiyi də qeyd olunub. Bu isə onların fakültədə işləməsi və fəaliyyəti üçün əsas verir. Hakimiyyətin Türk dili və ədəbiyyat fakültəsində dərsləri aidiyyəti olmayanların tədrislə məşğul olmasına etiraz edirlər. Onlar bildirib ki, fars dili və ədəbiyyatı professorlarının heç birinin dərslərində iştirak etməyəcəklər.

Tələbələr fars, ingilis və fransız dillərini öyrənən həmkarlarına heç vaxt belə münasibət göstərilmədiyini vurğulayıblar.

Etirazçılar onu da diqqətə çatdırıblar ki, Təbriz Universitetinin rəhbərliyi Türk dili və ədəbiyyat fakültəsinin fəaliyyətinə ögey münasibət göstərir. Belə ki, fakültə daimi kabinet və ya sinif otağı ilə təmin olunmayıb. Onlar bildirib ki, kürd dili üçün də oxşar kurs eyni vaxtda yaradılıb: “Ancaq onların bizim kimi problemləri yoxdur”.

Tələbələr məqsədlərinin türk dili və mədəniyyətini qoruyub saxlamaq olduğunu da deyiblər.

Etirazçıların tələblərində qeyri-adi, qanundankənar bir istək axtarmaq İran konstitusiyasına qarşı çıxmağa bərabərdir. Çünki yaradılan çox cüzi şərait nəticəsində İranda Azərbaycan türkcəsi üzrə xeyli müəllim yetişib. Bu isə perspektivdə ölkədə bu dilin tədrisini asanlaşdırar. Başqa ixtisas üzrə müəllimlərin bu məsələyə cəlb edilməsi isə hakimiyyət üçün əlavə problem yaradar. Belə davranış “Azadlıq, Ədalət, Milli hökumət!” şüarının yayılmasına rəvac verir.

Azərbaycan Respublikasının xarici siyasətində də azərbaycanlıların yaşadıqları ölkədə öz dilində təhsil alması prioritet məsələdir. Bu baxımdan problemin həlli Azərbaycan-İran münasibətlərinin normallaşmasına töhfə verər.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO