Siyasi 18.11.2023 10:00

İrəvan-Bakı arasında birbaşa dialoq kimlərə sərf etmir? – TƏHLİL

Azərbaycanla Ermənistan arasında normallaşma prosesi niyə baş tutumur? Yaxud tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nə mane olur?

Rəsmi Bakı sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması ilə bağlı təkliflər zərfini İrəvana təqdim edib. Bu onu göstərir ki, Azərbaycan tərəfi hər iki istiqamətdə məsələnin həllində daha maraqlıdır. Prezident İlham Əliyev də rəsmi Bakının sülhə və normallaşmaya hazır olduğunu dəfələrlə bildirib.

Ermənistan tərəfi cavab verməsə də təklifləri aldıqlarını etiraf edib. İrəvan rəsmiləri də bu istəyə müsbət yanaşdıqlarını bildiriblər.

Əsas məsələ, Azərbaycan və Ermənistan liderlərinin sülh və normallaşmaya müsbət yanaşmasıdır.

İkinci vacib məsələ, tərəflərin müharibənin yenidən başlamasına qarşı olmasıdır. Düzdür, Ermənistanı Hindistan, Fransa, BƏƏ və başqaları yenidən silahlandırır. Bu onların perspektivdə müharibəyə başlamaq istəyini istisna etmir. Ancaq rəsmilər yenidən silahlanmanın yeni hərbi əməliyyatlara başlamaq üçün nəzərdə tutmadıqlarını iddia edirlər. Hər halda bu məsələdə sülhlə bağlı danışıqlar zamanı həll edilə biləcək məsələlərdəndir.

Ermənistanın silahlanması, yaxud silahlandırılması, habelə qıcılandırıcı, gərginliyin yaranmasına səbəb olacaq müxtəlif açıqlamalar da sübut edir ki, Cənubi Qafqazdan kənar qüvvələr iki ölkə arasında münasibətlərin normallaşmasına mane olurlar.

Çünki regionda maraqlarının təmin olunmasını istəyənlər üçün onların iştirakı olmadan İrəvan-Bakı arasında birbaşa dialoq sərf etmir.

30 il müxtəlif formatlara Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, münaqişənin həll olunması ilə bağlı minlərlə saat görüşlər keçirilib, minlərlə kilometr yollar qət edilib. Nəticə isə sıfır olub. Az qala bu problemin həlli üçün yüz il keçəcəkdi. Bu gün vasitəçilik iddiasında olanlar Azərbaycanın torpaqlarının işğalı ilə barışmasına çalışırdılar.

Bu ilin sentyabrında Azərbaycan SSRİ-dən çıxarkən malik olduğu ərazidə suverenliyini bərpa etdi. Ermənistanla münasibətlərin normallaşması üçün atılacaq bir neçə addım qalıb: 8 anklav kəndin qaytarılması, sərhədlərin müəyyənləşməsi, qərbi azərbaycanlıların Ermənistan vətəndaşlığının bərpası.

Azərbaycan və Ermənistan bu məsələləri 3-cü, 4-cü və s. tərəflərin iştirakı olmadan da həll edə bilər.

44 günlük müharibədən sonra Avropa İttifaqı, ABŞ və Rusiya yenidən iki ölkə arasında münasibətlərin normallaşması və sülh müqaviləsnin imzalanması istiamətində vasitəçilik etməyə başladılar. Nə baş verdi?

Aİ sərhədlər müəyyənləşmədiyi halda, habelə rəsmi Bakının icazəsi olmadan Azərbaycan-Ermənistan sərhədyanı məntəqəyə mülki müşahidə missiyası yerləşdirdi. Bu missiyanın təşəbbüsçüsü və icraçısı Fransa Ermənistanı birmənalı şəkildə müdafiə etməklə danışıqlarda Aİ-nin tərəf olduğunu nümayiş etdirdi. Bunun ardınca Fransa Ermənistanı silahlandırmağa, hərbi yardım etməyə başladı.

Halbuki danışıqlara balayarkən Azərbaycan dialoqun uğurlu olacağına ümid edirdi. Məlum oldu ki, Aİ də vəziyyəti dəyərləndirib ədalətli mövqe tutmaq niyyətində deyil.

Dünyaya liderlik edən, etmək istəyən ABŞ-də də görüşlər keçirildi. Yenə yekun da normallaşma və sülhlə bağlı heç bir addım belə atılmadı. Aİ və Vaşinqton görüşlərində yeganə nəticə növbəti görüşün keçirilməsi ilə bağlı razılığın əldə edilməsi idi. Tutaq ki, o görüşlər də reallaşdı. Axı, başlıca məsələ öz həllini tapmır. Əksinə, həmin görüşlərdən sonra Ermənistan Azərbaycanla münasibətləri qurmaqdan bir az da uzaqlaşır. Ehtimal etmək olar ki, həmin vasitəçi-havadarlar rəsmi İrəvana ictimaiyyət üçün məlum olmayan vədlər verir. O da üzdə sülhdən danışıb, sonradan müxtəlif iddialar irəli sürür.

Rusiya da öz növbəsində Avropa İttifaqı və ABŞ-dan geri qalmamaq üçün Bakı və İrəvan rəsmilərini Moskvaya dəvət edir, işçi qrupunun görüşünün keçiriləcəyi, növbəti sammitlə bağlı razılığın əldə edildiyi haqqında acıqlamalar verir. Ancaq nə işçi qrup toplaşır, nə də sammit keçirilir.

Beləcə atəşkəs haqqında bəyanatın imzalanmasından 3 ildən artıq vaxt keçməsinə baxmayaraq beynəlxalq vasitəçilərin fəaliyyətinin nəticəsi sıfırdan da aşağı səviyyədədir. Çünki ötən müddət ərzində vasitəçilər də etimadını itirib.

Odur ki, yeni formatda görüşün keçirilməsinə ehtiyac yaranır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, normallaşma prosesinin uğurlu nəticəsi ilk növbədə region üçün daha əhəmiyyətlidir. Başqa sözlə, bu hadisənin baş verməsini Azərbaycan və Ermənistan kimi Gürcüstan da istəyir. Bu, rəsmi Tbilisinin də təhlükəsizliyinin təmin olunması üçün vacibdir. ABŞ, Aİ və Rusiya regionda maraqlarının təmin olunması üçün vasitəçiliyi əllərində bayraq etdikləri, yaxud Cənubi Qafqazda bir-birinə “kim daha güclüdür?” ismarışını verdikləri halda Gürcüstan üçün regionda həyati vacib məsələlərdəndir. Odur ki, rəsmi Tbilisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı məsələyə vasitəçilik etməyi daha çox haqq edir.

Mövcud şərait və vəziyyətə əsasən, demək olar ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli görüşün keçirilməsi daha uğurlu nəticə verə bilər. Ona görə də Bakı-İrəvan formatında görüşlərin Tbilisi də keçirilməsi və ən əsası vasitəçilərsiz, birbaşa danışıqların aparılması regional və qlobal baxımdan ən uyğunudur.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO